Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb

20 May 2019 20:55

Xəbər 60 dəfə oxunub

Parisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.Trend-in məlumatına görə, buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.Eyfel qülləsinin nə vaxt açılacağı barədə məlumat verilməyib.xeber100.com

Parlamentlərarası Pravoslav Məclisinin 26-cı iclası keçiriləcək

İyunun 19-22-də Tbilisidə Parlamentlərarası Pravoslav Məclisinin (PPM) növbəti 26-cı iclası keçiriləcək.Azərtac xəbər verir ki, tədbirdə dünyanın 4 qitəsinin 23 ölkəsindən nümayəndələrin gələcəyi gözlənilir.Tədbirin təşkilatçılarından biri, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının deputatı Zaxariya Kutsnaşvili jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi pravoslav dininin təbliği və kilsə sərhədlərini müdafiə etməkdir.O deyib: “Bu gün İslam dünyada daha güclüdür. Bəzi qitələrdə pravoslav xristianları çətinliklər yaşayır və azalırlar”. Onun sözlərinə görə, Gürcüstan bu toplantıya 6 ildir hazırlaşır. Bu toplantı miqyasına görə, ATƏT-in və NATO-nun tədbirlərindən sonra üçüncü olacaq.Deputat deyib ki, Gürcüstan dini turizm üçün də əlverişli bölgədir və tədbir bu baxımdan da bizim üçün əlverişli olacaq.Məlumat üçün qeyd edək ki, Parlamentlərarası Pravoslav Məclisi 1993-cü ildə Yunanıstan parlamentinin təşəbbüsü ilə təsis olunub. Yunanıstan və Rusiya Assambleyada liderlik edirlər.Parlamentlərarası Pravoslav Məclisinin mənzil qərargahı Afinada yerləşir.PPM-in işində Rusiya, Gürcüstan, Ermənistan, Polşa, Yunanıstan, Ukrayna, İordaniya da daxil olmaqla 25 ölkə iştirak edir.PPM-in Baş Assambleyası ildə bir dəfə keçirilir. Sonuncu Baş Assambleya 2018-ci ilin iyununda Afinada keçirilib.xeber100.com

İyun 18, 2019 17:56

5G şəbəkəsi üçün 4300 baza stansiyası quraşdırılıb

Çin paytaxtında 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) xidmətlərinin göstərilməsi üçün indiyədək 4300 baza stansiyası quraşdırılıb.Azərtac Pekin meriyasının kommunikasiya bürosuna istinadla xəbər verir ki, artıq may ayının sonunda Çin paytaxtının bəzi hissələrində, o cümlədən “Pekin Ekspo 2019” beynəlxalq botanika sərgisinin ərazisində, “Dasin” aeroportunda, 2022-ci il Qış Olimpiya Oyunlarının keçiriləcəyi idman məkanlarında, habelə paytaxtın mərkəzindəki Tiananmen meydanında ilkin 5G xidmətlərinin göstərilməsi üçün baza stansiyaları qurulub. Bildirilir ki, 2021-ci ilədək işgüzar rayon, iqtisadi-texniki inkişaf zonası da daxil olmaqla, Pekinin əsas hissələri 5G şəbəkəsi ilə əhatə olunacaq.Qeyd edək ki, iyunun 6-da Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi 5G üzrə kommersiya xidmətlərinin göstərilməsi üçün “China Mobile”, “China Telecom” və “China Unicom” mobil rabitə operatorlarına, habelə “China Broadcasting Network”a müvafiq lisenziyalar təqdim edib.Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Cari il ərzində isə bu xərclər 5 milyard dollara çatacaq. İl ərzində “China mobile” 50 minə yaxın, “China Telecom” isə 20 min baza stansiyası quraşdırmağı hədəfləyib. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.xeber100.com

İyun 11, 2019 15:57