“Fənərbağça” futbol klubu “Rizəspor” komandasından transfer edib

9 İyul 2019 15:14

Xəbər 26 dəfə oxunub

İstanbulun “Fənərbağça” futbol klubu “Rizəspor” komandasından kosovalı hücumçu Vedat Muriqini transfer edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, 25 yaşlı hücumçu ilə İstanbul təmsilçisi dörd illik müqavilə imzalayıb. V.Muriqi yeni komandasında 94 nömrəli formanı geyinəcək.Qeyd edək ki, Vedat Muriqi 2018-ci ildə “Gənclərbirliyi” komandasından “Rizəspor”a keçib. O, ötən mövsüm “Rizəspor”un heyətində keçirdiyi 34 oyunda 17 qol vurub.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15