Fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

5 Fevral 2019 12:38

Xəbər 169 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.DİM-dən Azərtac-a bildirilib ki, bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41-i imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.xeber100.com

Reklam

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) martın 14-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.DİM-dən Azərtac-a bildirilib ki, elan üzrə 9 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinə aid 41 vakant vəzifə üzrə 73 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 360 namizədlə 505 müsahibənin keçirilməsi nəzərdə tutulur.Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin inzibati-təsərrüfat sektorunda aparıcı məsləhətçi – proqramçı (1 vakant yer üzrə 95 namizəd) və Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatları sektorunda məsləhətçi - proqramçı-mühəndis (1 vakant yer üzrə 32 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 27 namizəd) vəzifələri üzrə qeydə alınıb.Müsahibələrin aprelin 25-dən mayın 24-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, şəxsi kabinetə daxil olmaqla müraciət formasında olan "İMTİNA" düyməsini sıxmaq lazımdır.Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.xeber100.com

Aprel 19, 2019 13:54

Məktəblilərarası Məntiq Olimpiadası keçiriləcək

Bakıda Məktəblilərarası IV Məntiq Olimpiadası keçiriləcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildirilib ki, olimpiadanın təşkil edilməsində əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların elmə marağını artırmaqdan ibarətdir.BŞTİ-nin qurumun təşkilatçılığı ilə keçiriləcək olimpiadada ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edə bilərlər.Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur. İki mərhələdən ibarət olimpiadanın ilk mərhələsi apreldə ümumi təhsil müəssisələri tərəfindən keçiriləcək. İmtahan bütün məktəblərdə 10:00-da başlayıb 11:30-da bitəcək.May ayında təşkil olunacaq final mərhələsində ilk turu uğurla keçən şagirdlər iştirak edəcəklər. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım (90 dəqiqə) vaxt ayrılacaq.Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.xeber100.com

Aprel 12, 2019 12:52

Azərbaycan Dillər Universitetində elmi konfrans öz işinə başlayıb

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans öz işinə başlayıb.Azərtac xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən rektor, akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, klassik ədəbiyyatın ən yaxşı ənənələrini inkişaf etdirən H.Cavid, həm də XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tanınır. Sevgi, məhəbbət, gözəllik şairi olan Cavid lirik, lirik-epik əsərlərin, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.Kamal Abdulla deyib: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı idi. O, ədəbiyyatda böyük Azərbaycan şairi Məhəmməd Füzuli ənənələrinin, xəttinin davamçısıdır. Çoxcəhətli və zəngin yaradıcılığa malik Cavidin əsərlərini bu gün də Azərbaycan gəncliyi sevə-sevə oxuyur”.Diqqətə çatdırılıb ki, hər zaman xalqımız tərəfindən böyük ədibin xatirəsi əziz tutulub, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə böyük ədibin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Cavidin nəşi uzaq Sibirdən Naxçıvana gətirilərək doğma torpaqda dəfn edilib. Bu, Ulu Öndərin Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına misilsiz xidməti idi.xeber100.com    

Aprel 12, 2019 12:48

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri şagirdlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyaları təşkil edilir.Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, ekskursiyaların əsas məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir.BŞTİ və “Sabunçu Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyalarda Sabunçu rayonu üzrə məktəblərin şagirdləri iştirak edir.Ekskursiya zamanı şagirdlər ilk olaraq müasirliyi ilə seçilən mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını, ictimai və siyasi fəaliyyətini əks etdirən muzeylə tanış olurlar. Mərkəzin əməkdaşları Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğinin və öyrənilməsinin böyük əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verirlər. Şagirdlər virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları ilə tanış olurlar. Məktəblilər mərkəzdə fəaliyyət göstərən kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı və elektron kitabxana ilə yaxından tanış olmaq imkanı qazanırlar.Ekskursiyanın sonunda mərkəzin kinozalında məktəblilər üçün Azərbaycan tarixinə həsr edilən sənədli film nümayiş olunur.xeber100.com

Aprel 11, 2019 12:20

Təhsil Nazirliyinin məlumatına görə…

019-cu ildə ölkəmizi Intel ISEF-də “Sabahın alimləri” VIII respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 7 şagird 5 layihə ilə təmsil edəcək.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, mayın 12-dən 19-dək ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel ISEF-də Bakı Avropa Liseyinin XI sinif şagirdi Zamin Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Vaqif Məmmədzadə, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Zəhra Qasımzadə, eləcə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ruslan Bayramov, Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Baxşəliyevanın iştirakı nəzərdə tutulur.Xatırladaq ki, “Sabahın alimləri“ VIII respublika müsabiqəsi fevralın 12-dən 14-dək Bakı şəhərində keçirilib. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529-u müsabiqənin müxtəlif mükafatlarına layiq görülüb. Müsabiqənin qalibləri sırasından seçilən ən ümidverici gənclərimiz ABŞ-da, hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin iştirak etdiyi Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir.xeber100.com  

Aprel 9, 2019 12:51

9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

Bu gün ölkəmizin 27 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.Trend-ə Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, 39700 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.Dövlət İmtahan Mərkəzi Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oguz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.Bu gün ümumilikdə 39700 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.İmtahan saat 11:00-da başlayacaq.IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 91 imtahan mərkəzi ayrılıb.İmtahanda 39700 (Gəncədə 3133, Daşkəsəndə 278, Göygöldə 858, Samuxda 718, Sumqayıtda 4542, Abşeronda 4161, Şamaxıda 990, Naftalanda 103, Goranboyda 1354, Yevlaxda 1350, Şəkidə 2013, Qəbələdə 1273, Oğuzda 500, Bərdədə 2234, Ağdamda 982, Tərtərdə 832, Kürdəmirdə 1227, Zərdabda 581, Ağsuda 735, İmişlidə 1178, Sabirabadda 1805, Biləsuvarda 1390, Saatlıda 1007, Lənkəranda 2392, Astarada 1222, Xaçmazda 2157, Şabranda 685 ) şagirdin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 283 imtahan rəhbəri, 3367 nəzarətçi‑müəllim, 264 buraxılışı təşkil edən əməkdaş, 91 bina nümayəndəsi ayrılıb.xeber100.com

Mart 10, 2019 15:22