“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının siyahısını açıqlayıb

7 Mart 2019 13:26

Xəbər 97 dəfə oxunub

ABŞ-ın “Forbes” jurnalı dünyanın ən zəngin insanlarının siyahısını açıqlayıb.İtaliya KİV-ləri xəbər verir ki, “Forbes”in hesablamasına görə, sərvəti 22,4 milyard dollar təşkil edən “Nutella” şokolad yağları istehsalçısı “Ferrero” şirkətinin rəhbəri Covanni Ferrero İtaliyanın ən varlı insanıdır. İtaliyalı biznesmen dünyanın ən zəngin insanlarının siyahısında 39-cu yeri tutub.Ən varlı italyanlar arasında ikinci yeri 19,8 milyard dollarlıq sərvətə malik olan eynək istehsalçısı “Luxottica” şirkətinin rəhbəri Leonardo del Vekkio tutur. Onun ardınca “Walgreens Boots Alliance” dərman şirkətinin baş direktoru Stefano Pessina və Corcio Armani şirkətinin rəhbəri yer alırlar.Dünya reytinqi sıralamasında 804-cü pillədə dizayner Miuçça Prada və onun həyat yoldaşı, “Prada Group” şirkətinin baş direktoru Patrisio Bertelli qərarlaşıb. “Ferrari” avtomobil şirkətinin vitse-prezidenti Pyero Ferrari isə (2,7 milyard dollar) 838-ci sıradadır.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23