Formula 1 üzrə dünya çempionatları tarixində

11 Aprel 2019 12:07

Xəbər 70 dəfə oxunub

Aprelin 14-də avtoidman azarkeşləri bu il Formula 1 üzrə dünya çempionatları tarixində 1000-ci Qran-Prini izləyəcəklər. Mininci Qran-Pri Çinin Şanxay şəhərində keçiriləcək.Azərtac xəbər verir ki, indiyədək təşkil olunan 70 mövsümdə “Ferrari” komandasının pilotları yubiley yarışlarında fərqlənə bilməyiblər. Belə ki, İtaliya komandası 70 çempionatda 972 yürüşə qatılıb və bunların 235-də qələbə qazanıb.2004-cü ildən Şanxay avtodromunda keçirilən Çin Qran-Prisi bir çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, 2006-cı ildə dəfələrlə dünya çempionu olan Mixael Şumaxer sonuncu – 91-ci qələbəsini Şanxayda qazanıb. Üç il sonra “Red Bull Racing” komandası öz tarixində ilk qələbəni məhz Şanxay avtodromunda əldə edib. Həmçinin 2012-ci ildə “Mercedes”in pilotu Niko Rosberq ilk dəfə podiumun ilk pilləsində yer alıb.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15