Formula 1 yarışması Şanxayda keçiriləcək

15 May 2018 12:25

Xəbər 26 dəfə oxunub

Gələn il Formula 1 yarışmasının 1000-ci yürüşü Şanxayda keçiriləcək.Azərtac xəbər verir ki, Formula 1 rəhbərliyi yubiley yarışmasını birinci Qran-Prinin (1950) keçirilmiş olduğu Silverstounda təşkil etmək istəsə də, hava şəraitinə görə bu ideyadan imtina etmək qərarına gəlib.“Əlbəttə, biz istərdik ki, yubiley yarışması Silverstounda keçirilsin. Bu, çox gözəl və rəmzi olardı. Lakin bu ilin aprel ayında Böyük Britaniyada bizi bu ideyadan əlverişsiz hava şəraitinə görə daşındırdılar”, – deyə Formula 1-in kommersiya direktoru Şon Bratçes bildirib.Böyük Britaniya Qran-Prisi aprel ayında yalnız bir dəfə – 2000-ci ildə keçirilib və o zaman təşkilatçılar çətin hava şəraiti ilə qarşılaşıblar: güclü yağış trası, demək olar, yuyub aparmışdı.Bratçes Şanxayda yubiley yürüşünün uğurlu olacağına əminliyini də bildirib. Vurğulayıb ki, Çin gələcək Formula 1-in bir hissəsidir.xeber100.com

Reklam

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir.Azərtac xəbər verir ki, proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcəklər. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək mümkün olacaq.xeber100.com

May 21, 2018 12:53