Fox News telekanalının məlumatına görə…

13 İyun 2018 14:45

Xəbər 188 dəfə oxunub

Kaliforniyanın üç ayrıca ştata bölünməsi barədə təşəbbüs üzrə səsvermə noyabrın 6-da keçiriləcək.Fox News telekanalı  xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya ştatının katibliyi məlumat yayıb.Qeyd edək ki, bir qədər əvvəl amerikalı sərmayədar Tim Dreyperin Cal-3 adlı təşəbbüsü referenduma çıxarılması üçün lazım olandan təxminən iki dəfə çox – 600 min imza toplamışdı. Dreyperin layihəsi Kaliforniyanın üç hissəyə – mərkəz, cənub və şimal hissələrinə bölünməsini və həmin ərazilərdə yeni ştatlarının yaradılmasını nəzərdə tutur. Yeni ştatların adlarının əhali tərəfindən veriləcəyi bildirilir. Layihə konqres tərəfindən dəstəklənməlidir.Tim Dreyper artıq 2014-cü və 2016-cı illərdə oxşar təkliflərlə çıxış etsə də, onun təşəbbüsü lazımi dəstək qazana bilməmişdi.xeber100.com

Reklam