“France Football” jurnalı “Qızıl top”a namizəd futbolçunun adını açıqlayıb

10 Oktyabr 2017 12:17

Xəbər 26 dəfə oxunub

“France Football” jurnalı 2017-ci ilin yekunlarına əsasən, “Qızıl top”a 30 namizəd futbolçunun adını açıqlayıb.Azərtac xəbər verir ki, namizədlərin ən çoxu İspaniyanın “Real Madrid” klubundandır.Mükafata namizəd oyunçuların adları aşağıdakılardır:Lionel Messi (“Barselona”, Argentina), Neymar (PSJ, Braziliya), Luis Suares (“Barselona”, Uruqvay), Kriştianu Ronaldu (“Real Madrid”, Portuqaliya), Serxio Ramos (“Real Madrid”, İspaniya), Marselo (“Real Madrid”, Braziliya), Luka Modriç (“Real Madrid”, Xorvatiya), Kərim Benzema (“Real Madrid”, İspaniya), Paulo Dibala (“Yuventus”, Argentina), Eden Azar (“Çelsi”, Belçika), Leonardo Bonuççi (“Milan”, İtaliya), İsko (“Real Madrid”, İspaniya), Toni Kroos (“Real Madrid”, Almaniya), Kilian Mbappe (PSJ, Fransa), Canluici Buffon (“Yuventus”, İtaliya), Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund, Almaniya), Edinson Kavani (PSJ, Fransa), Robert Levandovski (“Bavariya”, Polşa), Mats Hummels (“Bavariya”, Almaniya), Antuan Qrizmann (“Atletiko”, Fransa), Sadio Mane (“Liverpul”, Seneqal), Radamel Falkao (“Monako”, Kolumbiya), Kevin de Breyne (“Mançester Siti”, Belçika), David de Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Ceko (“Roma”, Bosniya və Herseqovina), Yan Oblak (“Atletiko”, Sloveniya), Filippe Koutinyo (“Liverpul”, Braziliya), Dris Martens (“Napoli”, Belçika) və NQolo Kante (“Çelsi”, Fransa).Qeyd edək ki, 1956-2009-cu illərdə “France Football” jurnalı dünyanın hər yerindən jurnalistlərin səsverməsinin nəticələrinə görə “Qızıl top”u ən yaxşı futbolçuya təqdim edib. 2010-2015-ci illərdə mükafat FIFA ilə birgə təqdim olunub. Lakin keçən ildən etibarən “France Football” jurnalı bu mükafatı tək təqdim etmək hüququnu bərpa edib.“Qızıl top”un hazırkı sahibi “Real” və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldudur.xeber100.com

Reklam

Dünya çempionatının iştirakçıları müəyyənləşib

Gələn il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.Azərtac xəbər verir ki, son vəsiqələrin sahibləri Şimali, Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi və Cənubi Amerika zonası üzrə qrup matçlarının yekununa əsasən bilinib.Dominikan Respublikası və Meksika qrup qalibləri kimi Yaponiyaya bilet sifariş ediblər. Puerto-Riko ilə Trinidad və Tobaqo qrupda ikinci yeri tutub və çempionatda iştirak hüququ qazanıblar.Mundiala sonuncu vəsiqə isə Argentinaya qismət olub. Yığma komanda Cənubi Amerikada yer aldığı qrupun ən güclüsü adını qazanmaqla vəsiqəyə yiyələnib.Beləliklə, dünya çempionatında 24 komanda - ev sahibi Yaponiya, Cənubi Amerikadan - Braziliya, Argentina, Avropadan - Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan - Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən - Kuba, Kanada, Dominikan Respublikası, Meksika, Puerto-Riko, Trinidad və Tobaqo, Afrikadan - Keniya və Kamerun milliləri birincilik uğrunda mübarizə aparacaq.Qeyd edək ki, Azərbaycan millisi cari ildə Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsinin “E” qrupunun oyunlarında Norveç, Ukrayna, Danimarka, İsrail və Hollandiya yığmalarına qalib gələrək mundiala vəsiqə qazanıb.xeber100.com

Oktyabr 16, 2017 13:01

Avropa Kuboku uğrunda son matçlar keçirilib

Antalyada klub komandaları arasında Avropa Kuboku uğrunda son matçlar keçirilib. Bu oyunlardan sonra yarışların qalibləri və mükafatçıları müəyyən olunub.Azərtac xəbər verir ki, ölkəmizin qadınlardan ibarət “Odlar Yurdu” komandası 2-ci yeri tutaraq gümüş medallara layiq görülüb, kişi şahmatçılarımızdan ibarət “Odlar Yurdu” komandası isə bürünc medallarla kifayətlənməli olub.Rusiyanın kişilərdən ibarət “Qlobus” komandası (xatırladaq ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da bu komandanın heyətində çıxış edirdi) 12 xal toplayaraq Avropa klubları kubokunun sahibi olub. Hərəsinin aktivində 11 xal olan Makedoniyanın “Alkaloid”, Azərbaycanın “Odlar yurdu” və Çexiyanın “AVE Nový Bor” komandaları 2-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilər nəzərə alınmaqla çempionatın yekun cədvəlində bu komandalar məhz belə ardıcıllıqla yer aldığı üçün “AVE Nový Bor” mükafatçılar sırasından kənarda qalıb.Bütün distansiya boyunca liderlik edən Azərbaycan klubu sonuncu turda “AVE Nový Bor” komandasına 2,5:3,5 hesabı ilə uduzub. Bu turda Nicat Abbasov Krişnan Saşikirana məğlub olub, qalan 5 partiya (Radoslav Voytaşek - Arkadi Naydiç, Pentala Harikrişna – Rauf Məmmədov, David Navara – Qədir Hüseynov, Markus Raqqe – Eltac Səfərli, Viktor Lazniçka – Azər Mirzəyev) heç-heçə başa çatıb.Qadınların turnirində liderlik edən “Batumi Chess Club NONA” klubu (Gürcüstan) son turda Rumıniyanın “Cs Studentesc Medicina Timisoara” komandası ilə sülh bağlayıb – 2:2. Nəticədə həmin gün Türkiyənin “Marmara” klubuna 2,5:1,5 hesabı ilə qalib gəlmiş Azərbaycanın “Odlar Yurdu” komandası matç xallarının sayına görə gürcülərə çatıb. Bu turdan sonra həmin kollektivlərin hərəsinin aktivində 11 xal vardı, lakin əlavə göstəricilər nəzərə alınmaqla “Batumi Chess Club NONA” öz rəqiblərindən üstün hesab edilib. “Odlar yurdu” gümüş medallar qazanıb. Ağ fiqurlara oynayan Xanım Balacayeva Ese Özbaya qalib gəlib, qalan partiyaların hamısı (Zeynəb Məmmədyarova – Duru Okuyaz, Ülviyyə Fətəliyeva – Sila Çağlar, Gülnar Məmmədova – Sude Xereklioğlu) heç-heçə başa çatıb.Rusiyanın “UGRA Chess Club” və Belarusun “Bossa Nova” komandaları bürünc medallar uğrunda mübarizə aparırdı. Yekunda bu komandaların hərəsinin aktivində 10 xal vardı, lakin əlavə göstəricilər nəzərə alınmaqla bürünc medallar Belarusdan olan qadın şahmatçılara qismət oldu.Turnirin qalibləri və mükafatçıları 7 turun yekunlarına əsasən İsveçrə sistemi üzrə müəyyən edilib.xeber100.com

Oktyabr 16, 2017 12:44