France-Presse agentliyinin məlumatına görə…

4 Dekabr 2018 15:01

Xəbər 69 dəfə oxunub

Fransanın Baş naziri Eduar Filipp “sarı jiletlər”in etiraz aksiyaları fonunda benzinin vergisinin artırılmasına moratorium qoymağa hazırlaşır.France-Presse agentliyi xəbər verir ki, Baş nazir dekabrın 4-də “İrəli, Respublika” partiyasının deputatlarına ölkənin icra hakimiyyətinin qərarını elan edəcək. Moratorium bir neçə ay qüvvədə qalacaq və “digər barışıq tədbirləri ilə müşayiət olunacaq”.Bununla yanaşı, BFMTV telekanalı “sarı jiletlər”in problemin həlli yollarını müzakirə etmək üçün Eduar Filipplə görüşdən imtina etdikləri barədə məlumat yayıb.Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Ötən şənbə günü Parisin mərkəzi küçələrində keçirilən etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında şiddətli toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 412 nəfər saxlanılıb, 133 nəfər, o cümlədən 23 polis əməkdaşı yaralanıb.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38