Fransa çempionatının 33-cü turu çərçivəsində…

16 Aprel 2018 14:27

Xəbər 183 dəfə oxunub

Futbol üzrə Fransa çempionatının 33-cü turu çərçivəsində “Park De Frens” stadionunda keçirilən mərkəzi qarşılaşmada PSJ klubu “Monako”nu qəbul edib.Azərtac xəbər verir ki, böyük hesablı qələbə ilə bitən oyunda qapılara səkkiz qol vurulub. Parislilər rəqib qapısından yeddi qol keçiriblər. Meydan sahiblərinin heyətində Lo Çelso (2 top), Di Mariya (2), Kavani və Draksler fərqləniblər. “Monako”nun futbolçusu Radamel Falkao isə avtoqolla yadda qalıb. Qonaqların heyətində yeganə qolun müəllifi Roni Lopez olub.Bu qələbədən sonra hesabındakı xalların sayını 87-yə çatdıran PSJ klubu digər komandalar üçün əlçatmaz olub və turnirin başa çatmasına beş tur qalmış çempionluğunu bayram edib.PSJ tarixdə yeddinci dəfə (1986-cı, 1994-cü, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı il) Fransa çempionu adını qazanıb. Keçən mövsüm çempionatın qalibi “Monako” olub.Parislilərin braziliyalı müdafiəçisi Dani Alveş 37-ci tituluna sahib olub. Belə ki, titulların sayına görə, Dani Alveş birinci pillədə qərarlaşıb.xeber100.com

Reklam

Futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısı açıqlanıb

UEFA 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısını açıqlayıb.Azərac xəbər verir ki, səfirlər gələn ilin yayında təşkil olunacaq çempionatın təbliğat kampaniyasında iştirak edəcəklər.Müxtəlif ölkələri təmsil edən səfirlərin siyahısında Andrey Arşavin (Rusiya), Angelos Xaristeas (Yunanıstan), Deko (Portuqaliya), Alessandro Del Pyero (İtaliya), Marsel Dessayi (Fransa), Yuri Corkayef (Fransa), Ruud Qullit (Hollandiya), Tyerri Anri (Fransa), Kristian Karambö (Fransa), Yurgen Klinsmann (Almaniya), Patrik Klyuvert (Hollandiya), Henrik Larsson (İsveç), Brayan Laudrup (Danimarka), Luiş Fiqu (Portuqaliya), Manişe (Portuqaliya), Lotar Matteus (Almaniya), Stiv Makmanaman (İngiltərə), Qaijka Mendiyeta (İspaniya), Antonios Nikopolidis (Yunanıstan), Nuno Qomeş (Portuqaliya), Maykl Ouen (İngiltərə), Rober Pires (Fransa), Karel Poborski (Çexiya), Karles Puyol (İspaniya), Rikardo Karvalyo (Portuqaliya), Peter Şmeyhel (Danimarka), Klarens Zeedorf (Hollandiya), Alan Şirer (İngiltərə), Vladimir Şmiçer (Çexiya), David Trezeqe (Fransa), Vitor Baya (Portuqaliya), Xabi Alonso (İspaniya), Xavi Ernandes (İspaniya) və Canluka Zambrotta (İtaliya) yer alıblar.Avropa çempionatının 60 illik yubileyi münasibətilə turnirin tarixində ilk dəfə olaraq “Avro 2020”nin final mərhələsi qitənin 12 müxtəlif ölkəsində təşkil olunacaq. Bakı Olimpiya Stadionu “Avro 2020”nin qrup mərhələsində üç, 1/4 final mərhələsində isə bir oyununa ev sahibliyi edəcək.xeber100.com

Mart 22, 2019 14:46

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27