Fransa Ümumavropa ordusu yaratmağı təklif edir

6 Noyabr 2018 13:11

Xəbər 177 dəfə oxunub

Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan Ümumavropa ordusu yaratmağı təklif edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Emmanuel Makron bunu “Europe 1” radiostansiyasının efirində deyib. “Əsl ordu qurmasaq avropalıları qoruya bilməyəcəyik. Bizim Birləşmiş Ştatlar olmadan da özünü müdafiə edə bilən Avropamız olmalıdır”, – deyə o bildirib.Fransa prezidenti hazırda virtual məkanda Avropanın daxili demokratik proseslərinə çox sayda müdaxilə cəhdlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan da müdafiə olunmalıdır.Avropalı siyasətçilər mütəmadi olaraq Aİ-nin vahid ordusunun qurulması təklifi ilə çıxış edirlər. Bir qədər öncə büdcə məsələləri üzrə Avropa komissarı Hünter Ettinger “Avropada və xarici missiyalarda demokratiya, insan hüquqları və azadlıqdan məsul olan ordu” barədə arzularını dilə gətirmişdi.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23