Fransada etiraz aksiyaları davam edir

27 Yanvar 2019 21:17

Xəbər 111 dəfə oxunub

Fransanın paytaxtı Parisdə ölkədə qayda-qanunun bərpasını tələb edən və “sarı jiletlərin” aksiyaları zamanı zorakılığa qarşı çıxış edən “qırmızı yaylıqlar” hərəkatı tərəfindən “Respublika marşı” keçirilir.Milli.az bildirir ki, yağışlı və soyuq havaya baxmayaraq, aksiyada çoxlu sayda insan iştirak edir. Etirazçılar “Zorakılığa – yox”, “İnstitutlarımıza – hörmət” kimi şüarlar səsləndirir.Aksiyada 7 avroluq futbolka almaq olar, onun bir tərəfində “Mən respublikamı sevirəm”, digər tərəfində isə “Zorakılığa – yox” yazılıb.Qeyd edək ki, aksiya iştirakçılarının əksəriyyəti orta yaşlı və yaşlı insanlardı.xeber100.com

Reklam

“Gazprom” şirkəti layihəyə 102 milyard rubl ayırıb

Rusiya təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) Bolqarıstandan keçəcək hissəsinin inşasını İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium həyata keçirəcək.“Bulgartransgaz”xəbər verir ki, boru kəmərinin Türkiyə sərhədindən Serbiya sərhədinədək olan hissəsinin tikintisi ilə bağlı tenderin qalibi İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium olub. Konsorsium tenderi ən aşağı təklif verərək qazanıb. Bunlar İtaliyanın “Arcad ABB S.p.A.” və Səudiyyə Ərəbistanının “Arkad Engineering and Constructions Company” şirkətləridir.Qeyd edək ki, “Gazprom” şirkəti bu il layihəyə 102 milyard rubl ayırıb. “TurkStream”ın cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.xeber100.com

Aprel 16, 2019 12:24

Avstraliya parlamenti yeni qanun layihəsi qəbul edib

Aprelin 4-də Avstraliya parlamenti zorakılıq səhnələrinin yayılması ilə qeyri-səmərəli mübarizəyə görə media şirkətlərinin rəhbərliyi üçün cərimənin və həbs cəzasının tətbiqinin nəzərdə tutulduğu qanun layihəsini qəbul edib.Azərtac xəbər verir ki, qanuna əsasən, sosial platforma müvafiq kontenti təcili silmədiyi halda onun rəhbərliyini şirkətin illik dövriyyəsinin 10 faizi məbləğində cərimə və ya 3 il müddətədək həbs cəzası gözləyir. Bundan əlavə, media şirkətlər öz platformalarında zorakılıq səhnələrinin yer aldığı videoçarxlar barədə polisi təcili məlumatlandırmalıdırlar.Xatırladaq ki, martın ortalarında Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə törədilən terror aktları nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan da yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu hadisəni terror aktı adlandırıb. Faciə ilə bağlı 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarranta qarşı qətl törətmək ittihamı irəli sürülüb və aprelin 5-dək onun həbsdə saxlanması qərara alınıb.B.Tarrant məscidlərdən birinə hücumu videoya çəkib və sosial şəbəkələrdə canlı yayımlayıb. Facebook şirkətinin məlumatına görə, Kraysçörçdə törədilən hadisə ilə bağlı ilk dəfə 24 saat ərzində 1,5 milyon videoyazı silinib. Bundan bir qədər sonra Facebook “ağ millətçiliyin” təbliği və dəstəklənməsi ilə bağlı qadağa tətbiq edildiyini bildirib.xeber100.com

Aprel 4, 2019 13:17