Fransanın “PSJ” klubunun məlumatına görə…

7 İyun 2019 20:57

Xəbər 46 dəfə oxunub

İtaliyalı qapıçı Canluici Buffon ispaniyanın “Barselona” futbol klubunun oyunçusu ola bilər.Trend-in məlumatına görə, fransanın “PSJ” klubu bildirib ki, 41 yaşlı qapıçı ilə imzalanmış müqavilənin müddəti artırılmayacaq.C.Buffonla müqavilə 30 iyunda başa çatır. Həmin müddət ərzində məşhur italiyalı qapıçı 25 oyunda iştirak edib.Məlumata əsasən, “Barselona” C.Buffonu rezerv qapıçısı kimi öz heyətində görmək istəyir.xeber100.com

Güləşçilər arasında Avropa çempionatı keçiriləcək

İyunun 27-dən 30-dək Polşanın Krakov şəhərində 15 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyində sərbəst və yunan-Roma güləşi üzrə müvafiq yığmalarımız iştirak edəcək. Sərbəst güləşçilərin yarışında məşqçi Namiq Quliyevin rəhbərliyi altında Elman Məmmədov (38 kq), Adəm Bağırov, Ruslan Abdullayev (hər ikisi 41 kq), Tural Niftiyev, İbrahim Musayev (hər ikisi 44 kq), Abdulrəhman İbrahimov, Musa Ağayev (hər ikisi 48 kq), Elcan Nadirli, İlkin Qənbərov (hər ikisi 52 kq), Elnur Qədirov (57 kq), Səlim Məmmədov, Fərman Hüseynov (hər ikisi 62 kq), Məzaim Mərdanov, Həsən Pələngov (hər ikisi 68 kq), Səttarxan Allahverdili (75 kq) və Ədalət Hümbətov (85 kq) mübarizə aparacaq.Yunan-Roma güləşi turnirində isə böyük məşqçi Əbülfət Məmmədov və məşqçi İlham Vəzirovun rəhbərliyi altında Fərahim Mustafayev, Rahim Həsənov (hər ikisi 38 kq), Məhəmməd Qasımzadə, Pərviz Dadaşov (hər ikisi 41 kq), Təvəkkül Həziyev, Balağa Mikayılzadə (hər ikisi 48 kq), Fərid Məmmədov, Fərid Xəlilov (hər ikisi 52 kq), Davud Məmmədov, Fizuli Abbasov (hər ikisi 57 kq), Kənan Abdullazadə, Həsən Əliyev (hər ikisi 62 kq), Cocu Səmədov və İbrahim Mehrəliyev (hər ikisi 75 kq) çıxış edəcək.Avropa çempionatında beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev ədaləti qoruyacaq.xeber100.com

İyun 26, 2019 11:57

“Minsk 2019”da güləş yarışlarının ikinci günündə

İyunun 26-da - “Minsk 2019”un altıncı günündə Azərbaycan atletləri idmanın 5 növü üzrə - güləş, boks, badminton, atıcılıq və stend atıcılığı yarışlarında mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, “Minsk 2019”da güləş yarışlarının ikinci günündə Mahir Əmiraslanov (57 kq) finalda serbiyalı Stevan Misiç ilə qarşılaşacaq. Hacımurad Qadcıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Maqomedov (125 kq) təsəlliverici görüşlərdə iştirak edəcəklər.Bundan başqa, iki kişi və bir qadın güləşçimiz də bu gün mübarizəyə qoşulacaq. Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) səkkizdəbir finalda Ermənistan təmsilçisi Volodya Franqulyan ilə görüşəcək. Nurmaqomed Qadcıyev (97 kq) Polşa təmsilçisi Radoslav Baran ilə üz-üzə gələcək. Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) isə səkkizdəbir finalda isveçli Cenni Franssonla qarşılaşacaq.Gün ərzində üç boksçumuz yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Cavid Çələbiyev (60 kq) Gürcüstan təmsilçisi Otar Eranosyan, Lorenso Sotomayor (69 kq) Kosovo idmançısı Patrion Behrami, Loren Alfonso Domingez (81 kq) isə Belçika boksçusu Ziyad El Mohor ilə görüşəcəklər.İkinci Avropa Oyunlarının badminton yarışlarında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni G qrupunda sonuncu oyununu keçirəcək. İlk iki oyunda qələbə qazanaraq qrupa liderlik edən təmsilçimiz onunla eyni nəticəni göstərən Rusiya badmintonçusu Vladimir Malkovla üz-üzə gələcək. Yarışın reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar. İdmançımız artıq səkkizdəbir finala vəsiqəni təmin edib.Nigar Nəsirova 25 metr məsafəyə atəşaçma üzrə təsnifat yarışının ikinci mərhələsində mübarizəni davam etdirəcək. İdmançımız birinci mərhələdə 273 xal toplayaraq sonuncu – 35-ci pillədə qərarlaşıb. Kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəşaçma yarışında birinci mərhələdə 284 xal toplayaraq 19-cu olan Ruslan Lunyov da bu gün ikinci mərhələdə çıxış edəcək.Stend atıcılığı üzrə kişilərin yarışında təsnifat mərhələsində ölkəmizi Emin Cəfərov təmsil edəcək.“Minsk 2019”a iyunun 30-da yekun vurulacaq. Hazırda Azərbaycan millisinin aktivində 4 gümüş və 7 bürünc medal var.

İyun 26, 2019 11:51

“Minsk 2019” Avropa Oyunlarında güləş yarışlarına start verilib

İyunun 25-də - “Minsk 2019” ikinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarına start verilib.Azərtac xəbər verir ki, yarışların birinci günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub.Güləşçilərimizdən ilk olaraq xalça üzərinə Mahir Əmiraslanov (57 kq) çıxıb. Azərbaycan pəhləvanı səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimiz dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov ilə qarşılaşacaq.Aleksandr Qostiyev (86 kq) də mübarizəyə qələbə ilə başlayıb. Sərbəst güləşçimiz Moldova təmsilçisi Denis Balaur üzərində 7:1 hesablı qələbə qazanıb. Pəhləvanımız dörddəbir finalda Gürcüstan təmsilçisi Sandro Aminaşvili ilə görüşəcək.Cəmaləddin Maqomedov (125 kq) səkkizdəbir finalda Belarus idmançısı Vitali Piasniak ilə üz-üzə gəlib. İdmançımız rəqibinə 6:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda pəhləvanımızın rəqibi macarıstanlı Daniel Ligeti olacaq.Hacımurad Qadcıyev (74 kq) isə türkiyəli Söner Demirtaşa 3:4 hesabı ilə uduzub.Xatırladaq ki, “Bakı 2015” birinci Avropa Oyunlarında Azərbaycan güləşçiləri ümumilikdə 15 medal, o cümlədən 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar. Sərbəst güləşçilərimiz isə 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.xeber100.com

İyun 25, 2019 16:20

“Qarabağ” futbol klubu ilk transferini reallaşdırıb

Ağdamın “Qarabağ” futbol klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, klub ispaniyalı hücumçu Xayme Romero Rodriges ilə üç illik müddətə müqavilə imzalayıb. Futbolçu komandada 9 nömrəli formada çıxış edəcək.Karyerasına İspaniyanın “Albasete” klubunda başlayan 28 yaşlı futbolçu “Saraqosa”, “Real B”, İtaliyanın “Bari” və “Udineze” klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da da icarə əsasında forma geyinən futbolçu sonuncu dəfə “Kordoba” klubunda çıxış edib.Xayme Romero Rodriges transferlə bağlı təəssüratlarını bölüşərək deyib: “Qarabağ” kimi güclü kluba gəldiyim üçün çox sevinirəm. Bu, mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqda məlumatlıyam. Azərbaycanın ən güclü komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl bir neçə dəfə Azərbaycan çempion olması, avrokubokların qrup mərhələsində iştirakı, həmçinin klubun peşəkar idarəçiliyi qərarıma müsbət təsir göstərdi. Oyunlarda öz bacarığımı göstərməyi və komandama kömək etməyi səbirsizliklə gözləyirəm. Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır. Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Azarkeşlərin mənə inamını doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.xeber100.com

İyun 24, 2019 17:20

Dünya çempionatının səkkizdəbir final mərhələsində

Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının səkkizdəbir final mərhələsinə iyunun 22-də start verilib.Azərtac xəbər verir ki, səkkizdəbir finalın birinci günündə Almaniya seçməsi Nigeriya yığmasının qapısından üç cavabsız top keçirib. Digər oyunda isə Norveç və Avstraliya milliləri qarşılaşıblar. Norveç millisi əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda qalibi müəyyənləşdirmək üçün təyin edilən 11 metrlik cərimə zərbələri seriyasında üstün olub - 4:1.Səkkizdəbir finalın iyunun 23-də keçiriləcək görüşlərində İngiltərə yığması Kamerun, ev sahibi Fransa millisi isə Braziliya seçməsi ilə qarşılaşacaqlar. Bu mərhələ çərçivəsində iyunun 24-də İspaniya-ABŞ və İsveç-Kanada, iyunun 25-də isə İtaliya-Çin və Niderland-Yaponiya görüşləri oynanılacaq.Xatırladaq ki, dünya çempionatında 24 komanda altı qrupda mübarizəyə qoşulub. A qrupunda Fransa, Cənubi Koreya, Norveç və Nigeriya milliləri yer alıblar. Almaniya, Çin, İspaniya və Cənubi Afrika seçmələri B, Avstraliya, İtaliya, Braziliya və Yamayka yığmaları C qrupunda mübarizə aparıblar. Çempionatın D qrupundan səkkizdəbir finala vəsiqə uğrunda İngiltərə, Şotlandiya, Argentina və Yaponiya, E qrupundan isə Kanada, Kamerun, Yeni Zelandiya və Hollandiya futbolçuları yarışıblar. Sonuncu - F qrupunda isə ABŞ, Tailand, Çili və İsveç seçmələri yer alıblar.Mundialın görüşlərinə Fransanın 9 şəhəri - Paris, Le Havr, Valensien, Reyms, Renn, Lion, Monpelye, Nitsa, Qrenobl ev sahibliyi edir. Qrup mərhələsinə iyunun 20-də yekun vurulub. Dörddəbir final görüşləri iyunun 27-29-da keçiriləcək. Yarımfinal qarşılaşmaları iyulun 2-3-də, üçüncü yer uğrunda görüş isə iyulun 6-da oynanılacaq. Final matçı iyulun 7-də Lion şəhərində keçiriləcək.xeber100.com  

İyun 23, 2019 17:49

Cüdo yarışlarının ikinci gününə start verilib

“Minsk 2019” II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb. 28 yaşlı idmançı 1/16 finalda monakolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Bu qarşılaşmada da Orucov 3 dəqiqə 27 saniyəyə qalib gələrək, adını 1/4 finala yazdırıb. Onun növbəti rəqibi isə ermənistanlı Ferdinand Karapetyan olub. Bu dəfə Orucov Karapenyana vaza-ari xalı ilə qalib gələrək, yarımfinala adlayıb. Azərbaycan təmsilçisi yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.Bu çəkidəki daha bir cüdoçu Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb. Onun növbəti rəqibi israilli Din Yaakov Gemer olub. Bu dəfə 3 dəqiqə 31 saniyəyə ipponla qalib gələn H.Heydərov 1/4 finala yüksəlib. 22 yaşlı cüdoçunun rəqibi yunanıstanlı Georgios Azoidis olub. Heydərov 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Heydərov da Orucov kimi Karapetyanı üstələyib. Əlavə vaxtda ipponla qələbə qazanan Azərbaycan təmsilçisi bürünc medal görüşünə çıxıb.Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.xeber100.com

İyun 23, 2019 17:45

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatı

İyunun 30-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələ yarışları keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda iyunun 22-23-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. İyunun 26-27-də Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, iyunun 29-30-da isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.Yarışın məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.xeber100.com

İyun 22, 2019 13:58