Futbol üzrə 2018-2019-cu il mövsümündə yeni rekord qeydə alınıb

4 Mart 2019 11:39

Xəbər 56 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018-2019-cu il mövsümündə yeni rekord qeydə alınıb.Azərtac xəbər verir ki, “Səbail” klubunun futbolçusu Ədilxan Qarəhmədov cari mövsümdə meydana çıxan ən gənc futbolçu olub. Çempionatın XIX turunda “Sumqayıt” ilə keçirilən matçda (0:0) zədələnən Vüqar Bəybalayevi əvəzləyən Ə.Qarəhmədov Premyer Liqada debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib. Mövsümün yeni rekorduna imza atan futbolçu “Sabah”ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib. XII turda “Qarabağ” ilə matçda debüt edən Ş.Seyidov meydana 17 yaş 326 günlüyündə çıxmışdı.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27