Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində

12 Mart 2019 14:26

Xəbər 73 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi Macarıstan yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətdə qapıçılar – Dibuş Deneş, Peter Qulaşi, Adam Kovaşik, müdafiəçilər – Barat Botond, Bese Barnabaş, Tamaş Kadar, Mixay Korxut, Adam Lanq, Qerqo Lovrençiç, Orban Villi, Paulo Vinitsius, yarımmüdafiəçilər – Daniel Qazdaq, David Holman, Jolt Kalmar, Laslo Klyainheyzer, İştvan Kovaç, Adam Nad, Mate Patkay, Dominik Şoboşlay, hücumçular – Norbert Bolax, Başal Cucak, Filip Holender, Dominik Nad, Kriştian Nemets, Adam Şalay və Roland Varqa yer alıblar.Qeyd edək ki, Macarıstan millisi martın 21-də Slovakiya komandasının qonağı olacaq. Üç gün sonra isə Xorvatiya yığmasını qəbul edəcək.xeber100.com

İtaliya A Seriyasının növbəti mövsümünə yekun vurulub

Mayın 26-da İtaliya A Seriyasının 2018-2019-cu il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, çempionatın qızıl və gümüş mükafatçıları məlum olduğundan əsas mübarizə UEFA Çempionlar Liqasına vəsiqə qazananlar arasında gedib.Aktivində 66 xalı olan “İnter” doğma azarkeşlər önündə “Empoli” klubunu qəbul edib. Görüş “neradzura”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Eyni xala malik olan “Atalanta” “Sassuolo” komandasının qonağı olub. Bu görüşdə qonaqlar 3:1 hesabı ilə qələbə qazanıb.Altmış beş xalı olan “Milan” səfərdə SPAL klubunu 3:2 hesabla məğlub etsə də, bu qələbə “rossoneri”ə qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanmağa yetməyib.İtaliya A Seriyasının qızıl medallarını 90 xallı olan “Yuventus” klubu qazanıb.Çempionatın gümüş medallarına 78 xal toplayan “Napoli” komandası sahib olub. “Atalanta” komandası 69 xalla üçüncü, eyni xala malik amma şəxsi oyun nəticəsinə görə geri qalan “İnter” isə dördüncü olub. İlk dörd yeri tutan komandalar 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.“Milan”, “Roma” və “Latsio” klubları isə UEFA Avropa Liqasında çıxış edəcəklər. “Empoli”, “Frosinone” və “Kiyevo” A Seriyasından vidalaşaraq ikinci diviziona - B Seriyasına enib.A Seriyasının sonuncu turunda aşağıdakı nəticələr qeydə alınıb: “Frosinone” - “Kiyevo” - 0:0; “Bolonya” - “Napoli” - 3:2; “Torino” - “Latsio” - 3:1; “Sampdoriya” - “Yuventua” - 2:0; “Roma” - “Parma” - 2:1; “Kalyari” - “Udineze” - 1:2.xeber100.com

May 27, 2019 13:38

11-ci Avropa çempionatının ikinci günü davam edir

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci günü davam edir.Milli.az xəbər verir ki, bu gün böyük gimnastların kişilər və qadınlar arasında fərdi proqramda, trio, qarışıq cütlüklər, qruplarda, eləcə də aero-dans proqramında çıxışları olacaq.İkinci yarış günündə Azərbaycanı Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva təmsil edir.Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.xeber100.com

May 25, 2019 14:05

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək komandaların sayı artırılmayacaq. Beləliklə, çempionatın final mərhələsində 32 milli komanda mübarizə aparacaq.Azərtac xəbər verir ki, FIFA rəsmiləri bu barədə məlumatı təsdiqləyiblər.Məlumatda qeyd edilib ki, çempionatın finalında iştirak edəcək ölkələrinin sayının 32-dən 48-dək artırılması 2022-ci ildə deyil, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 23-cü mundialda baş tutacaq. Açıqlamada, həmçinin bildirilib ki, mühüm iştirakçı tərəflərlə aparılan müfəssəl və ciddi məsləhətləşmələrdən sonra növbəti çempionatda hazırkı şərtlər altında komandaların sayının artırılmasına dair təklifin irəli sürülməməsi barədə qərar qəbul edilib. Buna görə də FIFA-nın iyunun 5-də Parisdə keçiriləcək Konqresində növbəti çempionat üçün 48 komandanın iştirakına dair ssenari təqdim edilməyəcək.Xatırladaq ki, FIFA prezidenti Cianni İnfantino müxtəlif irimiqyaslı futbol turnirlərində iştirakçı komandaların sayının artırılmasının əsas tərəfdarıdır. Bununla da bir tərəfdən belə mötəbər yarışda daha çox ölkənin iştirak etmə şansına malik olması və həmin ölkələrdə futbola marağın yüksəlməsi, digər tərəfdən isə FIFA-nın təşkilatçı kimi gəlirlərinin artması hədəflənir.xeber100.com

May 23, 2019 11:19