“Akhisarspor” və “Qalatasaray” klubları qarşılaşıblar

8 Avqust 2019 14:18

Xəbər 37 dəfə oxunub

Avqustun 7-də keçirilən futbol üzrə Türkiyə Superkuboku uğrunda matçda “Akhisarspor” və “Qalatasaray” klubları qarşılaşıblar.Azərtac xəbər verir ki, paytaxt Ankaranın “Eryaman” stadionunda keçirilən görüş qarşılıqlı hücumlarla yadda qalıb.Matçın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin yarımmüdafiəçisi Yunes Belhanda cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı açıb – 1:0. Birinci hissə elə bu hesabla başa çatıb.İkinci hissədə hər iki tərəf qol vurmağa çalışsa da, hesab dəyişməyib və beləliklə, “Cim-bom” Superkuboku başı üzərinə qaldırıb.Qeyd edək ki, bu qələbə sayəsində “Qalatasaray” klubu 16-cı dəfə bu kuboka yiyələnib.xeber100.com

Braziliyalı yarımmüdafiəçi “Bavariya” klubunun heyətində çıxış edəcək

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo cari futbol mövsümünün sonuna qədər Münxenin “Bavariya” klubunun heyətində çıxış edəcək.Azərtac klubun saytına istinadla xəbər verir ki, “Barselona”dan icarəyə götürülən futbolçu tibbi müayinələrdən sonra “Bavariya” ilə 2020-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb. “Bavariya”nın birillik icarə üçün “Barselona”ya 8,5 milyon avro ödədiyi bildirilir.F.Koutinyo bu barədə deyib: “Avropanın ən böyük klublarından birinin heyətində çıxış etmək mənim üçün yeni çağırışdır. Qarşıdakı dövr mənim üçün ciddi əhəmiyyət daşıyır. “Bavariya” klubu kimi mənim də böyük hədəflərim var və yeni komandamla birlikdə onlara nail olacağıma inanıram.“Bavariya” klubunun baş icraçı direktoru, əfsanəvi futbolçu Karl-Haynts Rummeniqqe isə bu barədə bildirib: “Çox şadıq ki, bu transferi başa çatdıra bildik. Transferlə bağlı razılığa görə “Barselona” klubuna minnətdaram. Filippe yaradıcılığı və qeyri-adi bacarığı ilə bizim hücum xəttimizi dərhal gücləndirə biləcək bir futbolçudur”.Braziliyanın “Vasko da Qama” komandasında yetişən futbolçu Avropada daha əvvəl “İnter”, “Espanyol” və “Liverpul” klublarında forma geyinib. O, 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer edilib. F.Koutinyo “Barselona”nın heyətində ardıcıl iki dəfə İspaniya çempionatının, bir dəfə Kral Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Braziliya millisinin heyətində 55 dəfə meydana çıxan futbolçu 15 dəfə fərqlənib. O, bu il Braziliyanın “Kopa Amerika” turnirinin qalibi olmasında mühüm rol oynayıb.xeber100.com

Avqust 19, 2019 13:06

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində

Bu gün futbolda ani diqqətsizlik yarandıqda rəqib səni cəzalandırır. Biz imkanlardan istifadə edə bilsəydik, hər şey fərqli olardı. Amma bu, futboldur. Bundan sonra da ancaq irəli baxmalıyıq.Azərtac xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.30 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk görüşdə (2:1) son dəqiqələrdə buraxılan qol ani diqqətsizlikdən olub: “Bizim qol epizodlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Rəqib isə yararlandı. Məğlub olmağı da bacarmaq lazımdır. Rəqibi təbrik edirəm”.O, məyus olduqlarını bildirərək deyib: “Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Görüşdə çoxlu azarkeş var idi. Onlar bu gün çox möhtəşəm idi. Əlimizdə imkan var ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edək. Çatışmayan cəhətimiz o idi ki, qol vura bilmədik. Ümid edirəm ki, “Neftçi” UEFA Avropa Liqasında qələbə qazanacaq və Azərbaycanı iki komanda qrup mərhələsində təmsil edəcək”.Almeyda növbəti oyunlara hazırlığın psixoloji cəhətdən çətin olmayacağını vurğulayıb: “Bizim çox təcrübəli baş məşqçimiz var. O, vəziyyəti dəyişməyi bacarır. Heyətdə də təcrübəli oyunçular kifayət qədərdir. Ötən il BATE-yə uduzandan sonra da toparlandıq və qrup mərhələsinə düşdük. Bunun öhdəsindən gəlməliyik”.xeber100.com

Avqust 14, 2019 09:34