Futbol üzrə Türkiyə Superliqasının beşinci turunda

17 Sentyabr 2018 10:30

Xəbər 55 dəfə oxunub

Futbol üzrə Türkiyə Superliqasının beşinci turunda “Fənərbağça” komandası səfərdə “Konyaspor”la qarşılaşıb.Azərtac  xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda yeganə qolu meydan sahiblərinin qapısından matçın 67-ci dəqiqəsində “Fənərbağça”nın futbolçusu Elif Elmas keçirib. Beləliklə Türkiyə futbolunun liderlərindən biri “Fənərbağça” yeni mövsümdə çempionatda üç ardıcıl məğlubiyyətdən sonra beşinci turda qalib gəlib.Bu qələbə sayəsində fənərbağçalılar xallarının sayını 6-ya çatdıraraq lider “Qalatasaray”la arasındakı xal fərqini azaldıb.Qeyd edək ki, bu turda keçirilmiş oyunlarda çempionluğa iddialı komandalardan “Qalatasaray”, “Beşiktaş” və Başakşehir” rəqiblərini məğlub edərək üç xala sahib olublar.Tura “Alanyaspor”- “Trabzonspor” görüşü ilə yekun vurulacaq. Hazırda “Qalatasaray”, “Başakşehir” və “Kasımpaşa” komandaları 12 xalla çempionatda birinci, ikinci, üçüncü yerləri bölüşürlər. “Beşiktaş” isə turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.xeber100.com

Reklam

“Libertadores-2018” kubokunun final oyunu keçiriləcək

Dekabrın 9-da Madriddə "Libertadores-2018" kubokunun final oyunu keçiriləcək. Azərtac bildirir ki, həmin gün şəhərdə təhlükəsizliyin təmin olunması üçün bir neçə min asayiş keşikçisi cəlb ediləcək.İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, dekabrın 9-da "River Pleyt" və "Boka Xuniors" komandaları arasında final oyununa tamaşa etmək üçün xüsusilə aqressiv əhval-ruhiyyəli 500-ə yaxın azarkeş gələcək. Həmin matçın neytral ərazidə keçirilməsi barədə qərar futbol fanatlarının Argentina küçələrində törətdiyi kütləvi iğtişaşlardan sonra qəbul edilib.Dekabrın 9-da "Sanytaqo Bernabeu" stadionunun ətrafında təqribən 3 min polis işçisi cəmləşəcək və təcili yardım maşınları növbə çəkəcəklər. Həm oyunçular və futbol azarkeşləri, həm də Madridin sakinləri üçün təhlükəsiz şərait yaratmaq məqsədilə büdcədən 150.000 avrodan artıq vəsait ayrılıb. Stadionun bilavasitə yaxınlığında yerləşən kiçik mağazaların, apteklərin və mətbuat köşklərinin sahibləri vitrinlərin qapılarını möhkəm bağlamağı və özləri üçün istirahət günü təşkil etməyi planlaşdırırlar."Libertadores-2018" kubokunun final oyununu noyabrın 24-də "River Pleyt" klubunun stadionunda keçirmək nəzərdə tutulurdu, lakin oyunun başlanmasına bir neçə saat qalmış aqressiv əhval-ruhiyyəli azarkeşlər əllərinə keçən əşyaları içərisində futbolçular olan avtobusa atmağa başlayıblar. Nəticədə oyunçulardan biri yaralanıb və bununla əlaqədar final oyununun başqa yerdə keçirilməsi qərara alınıb.xeber100.com

Dekabr 8, 2018 21:04

XIV turun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Topaz Premyer Liqasının XIV turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, turun dörd oyunu da dekabrın 9-da keçiriləcək. Saat 16:00-da start götürəcək açılış matçını – “Sabah”-“Keşlə” görüşünü Orxan Məmmədov idarə edəcək. Qarşılaşma “Əlincə Arena”da oynanılacaq.Saat 17:00-da başlayacaq “Zirə” – “Qarabağ” matçında baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.Turun digər oyunu “Bayıl Arena”da keçiriləcək. “Səbail” – “Qəbələ” qarşılaşmasında ədaləti təmin etmək Səbuhi Bayramova həvalə olunub. Matç saat 17:30-da başlayacaq.Günün və turun sonuncu matçı isə “Bakcell Arena” stadionunda saat 19:30-da baş tutacaq. Lider “Neftçi” klubu “Sumqayıt” komandasını qəbul edəcək. Matçı Rəvan Həmzəzadə idarə edəcək.Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.Xatırladaq ki, 13 turdan sonra turnir cədvəlinə 32 xalla “Neftçi” komandası başçılıq edir. Ağdamın “Qarabağ” klubu 27 xalla ikinci, 20 xalı olan “Səbail” üçüncü, debütant “Sabah” isə 17 xalla dördüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq, “Qəbələ” (16), “Sumqayıt” (14), “Zirə” (10) və “Keşlə” (9) klubları yer alıblar.xeber100.com

Dekabr 6, 2018 13:00

“Mançester Siti” Çempionlar Liqasında birinci yerdə qərarlaşıb

İngiltərənin “Mançester Siti” klubu maliyyə “Fair play” qaydalarını pozduğuna görə avrokuboklardan kənarlaşdırıla bilər.TASS agentliyi xəbər verir ki, UEFA növbəti mövsümdən komandanı Avropanın ən nüfuzlu klub turnirində iştirakdan məhrum edə bilər.UEFA “Leaks Football” nəşrinin İngiltərə təmsilçisinin 2014-cü ildə maliyyə pozuntularına yol verməsi barədə məlumat dərc etməsindən sonra qurum klubla bağlı araşdırmalara başlayıb. Həmin xəbərdə qeyd edilmişdi ki, sponsor mənfəəti olaraq göstərilən 60 milyon funt sterlinq əslində “Mançester Siti”yə klubun ərəb sahiblərindən daxil olub. Bu vəsaitin Riyad Mahrezin transferində istifadə olunduğu bildirilir. Məlumatda o da vurğulanır ki, klub 2014-cü ildə “Fair play” qaydalarını pozaraq 88 milyon avroluq maliyyə fırıldaqçılığına yol verib.Klubun bu və digər məsələlərdə maliyyə dələduzluğu etdiyi sübut olunarsa, UEFA komandanı avrokuboklardan kənarlaşdıracaq.Hazırki mövsümdə “Mançester Siti” Çempionlar Liqasının F qrupunda 5 matçdan 10 xal toplayaraq birinci yerdə qərarlaşıb. Qrup mərhələsinin sonuncu turunda “şəhərlilər” “Hoffenhaym” komandasını qəbul edəcəklər. Qarşılaşma dekabrın 12-də baş tutacaq.İngiltərə çempionatında isə 38 xalla birinci pillədə qərarlaşan “Mançester Siti” ən yaxın izləyicisini 2 xal qabaqlayır.xeber100.com

Dekabr 5, 2018 13:00