Futbol üzrə Türkiyə Superliqasının XXXII turuna yekun vurulub

14 May 2019 12:28

Xəbər 37 dəfə oxunub

Mayın 13-də futbol üzrə Türkiyə Superliqasının XXXII turuna yekun vurulub.Azərtac xəbər verir ki, turnir cədvəlinin üçüncü pilləsində yer alan “Beşiktaş” “Vodafon Park Stadionu”nda “Alanyaspor”u qəbul edib.Çempionluq uğrunda mübarizə aparan İstanbul komandası qarşılaşmada rəqibinə 2:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 11-ci dəqiqədə Adem Lyajiçin vurduğu qolla meydan sahibləri açıblar. 45-ci dəqiqədə isə beşiktaşlı Caner Erkin topu öz qapısından keçirib. Birinci hissə 1:1 hesabı ilə heç-heçə başa çatıb.İkinci hissədə hücumlarını çoxaldan meydan sahibləri hesab arasındakı fərqi artırıblar. Matçın 55-ci dəqiqəsində portuqaliyalı futbolçu Rikardo Qvarejma komandasının qələbə topunu vurub.Beləliklə, bu oyundan sonra xallarının sayını 62-yə çatdıran baş məşqçi Şenol Günəşin yetirmələri Türkiyə çempionatında üçüncü sıradakı mövqelərini möhkəmləndiriblər. “Beşiktaş” komandası növbəti həftə səfərdə “Trabzonspor”la oynayacaq.Hazırda turnir cədvəlində “Qalatasaray” və “Başakşəhər” 66 xalla birinci-ikinci yerləri bölüşürlər.xeber100.com

Reklam

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək komandaların sayı artırılmayacaq. Beləliklə, çempionatın final mərhələsində 32 milli komanda mübarizə aparacaq.Azərtac xəbər verir ki, FIFA rəsmiləri bu barədə məlumatı təsdiqləyiblər.Məlumatda qeyd edilib ki, çempionatın finalında iştirak edəcək ölkələrinin sayının 32-dən 48-dək artırılması 2022-ci ildə deyil, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 23-cü mundialda baş tutacaq. Açıqlamada, həmçinin bildirilib ki, mühüm iştirakçı tərəflərlə aparılan müfəssəl və ciddi məsləhətləşmələrdən sonra növbəti çempionatda hazırkı şərtlər altında komandaların sayının artırılmasına dair təklifin irəli sürülməməsi barədə qərar qəbul edilib. Buna görə də FIFA-nın iyunun 5-də Parisdə keçiriləcək Konqresində növbəti çempionat üçün 48 komandanın iştirakına dair ssenari təqdim edilməyəcək.Xatırladaq ki, FIFA prezidenti Cianni İnfantino müxtəlif irimiqyaslı futbol turnirlərində iştirakçı komandaların sayının artırılmasının əsas tərəfdarıdır. Bununla da bir tərəfdən belə mötəbər yarışda daha çox ölkənin iştirak etmə şansına malik olması və həmin ölkələrdə futbola marağın yüksəlməsi, digər tərəfdən isə FIFA-nın təşkilatçı kimi gəlirlərinin artması hədəflənir.xeber100.com

May 23, 2019 11:19

“Arsenal” komandasına qarşı Avropa Liqasının final matçında

“Derbi Kaunti”nin baş məşqçisi və “Çelsi”nin keçmiş futbolçusu Frenk Lempard yeni mövsümdə London klubunun indiki baş məşqçisi Mauritsio Sarrini əvəz edərək bu komandanın rəhbəri ola bilər.Azertac xəbər verir ki, “Çelsi” mayın 29-da Bakıda Londonun “Arsenal” komandasına qarşı Avropa Liqasının final matçının nəticəsindən asılı olmayaraq baş məşqçini dəyişəcək.Bildirilir ki, Sarrinin bu vəzifədən azad edilməsi təşəbbüsünü klubun sahibi Roman Abramoviç irəli sürüb. Buna səbəb italiyalı mütəxəssis ilə komandanın fanatlarının qarşılıqlı münasibətləri olub. Abramoviç baş məşqçi vəzifəsinə “Çelsi”nin adlı-sanlı futbolçusu, komandanın keçmiş kapitanı Lempardı dəvət etməklə vəziyyəti qaydaya salmağa ümid edir.İngiltərəli mütəxəssis cari mövsümdə “Derbi Kaunti”nin baş məşqçisidir. Bu komanda Çempionşipdə 46 matçdan sonra 74 xal toplayaraq 6-cə yeri tutub. Lempardın yetirmələri mayın 27-də İngiltərə Premyer Liqasına çıxmaq hüququ uğrunda finalda “Aston Villa” ilə qarşılaşacaqlar. Bu görüş Londonun “Uembli” stadionunda keçiriləcək.“Çelsi” İngiltərə Premyer Liqasında 72 xal toplayaraq üçüncü yer tutub. Komanda İngiltərə Liqası kubokunun finalında “Mançester Siti” ilə oyunda penaltilər hesabına uduzub. İngiltərə kubokunda 1/8 finala qədər çatmış “Çelsi” bu mərhələdə “Mançester Yunayted”ə məğlub olub (0:2).xeber100.com

May 21, 2019 13:14

Avropa çempionatının oyunlarına biletlərin qiymətləri açıqlanıb

UEFA futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarına biletlərin qiymətlərini açıqlayıb.Trend-in UEFA-nın saytına istinadən məlumatına görə, Bakı da daxil olmaqla 12 şəhərdə keçiriləcək çempionata ən ucuz biletlər paytaxtımızla yanaşı, Buxarest və Budapeştdə satışa çıxarılacaq. Kateqoriyalardan asılı olaraq, biletlərin qiymətləri 30, 75 və 125 avro təşkil edəcək.UEFA birinci mərhələdə 1,5 milyon biletin satışa çıxarılacağını açıqlayıb. Bu mərhələdə bilet satışının iyunun 12-dən iyulun 12-dək davam edəcəyi bildirilir.Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 195, 345 və 595 avro təşkil edəcək. Final oyununu izləmək istəyən azarkeşlər isə müvafiq olaraq 295, 595 və 945 avro ödəməlidirlər.Bakı Olimpiya Stadionunda çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin isə bir oyunu təşkil olunacaq. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda “A” qrupunun üç oyunu iyunun 13-də, 17-də və 21-də keçiriləcək. Dörddəbir final mərhələsinin qarşılaşması isə iyulun 4-də oynanılacaq.Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın qarşılaşmalarına Bakı, Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.xeber100.com

May 20, 2019 16:55