Futbol üzrə XV turun daha iki oyunu keçiriləcək

3 Fevral 2019 12:29

Xəbər 74 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.Milli.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” doğma azarkeşlər önündə “Sumqayıt”la qarşılaşacaq.Sənan Qurbanovun baç məşqçisi olduğu kollektiv çempionatda “gənclik şəhəri” təmsilçisinə qarşı keçirdiyi 26 matçın hamısında qol vurmağı bacarıb və ev oyunlarının heç birində məğlub olmayıb. “Sumqayıt” həmçinin altı oyundur ki, “Qəbələ”ni məğlub edə bilmir. 26 oyunun 16-da “Qəbələ”, 2-də isə qonaqlar qələbə qazanıb, 8 qarşılaşma heç-heçə yekunlaşıb. Topların fərqində də əyalət təmsilçisinin aşkar üstünlüyü var – 46:20 . “Qəbələ” hazırda 17 xalla beşinci, “Sumqayıt” isə 15 xalla altıncıdır.XV tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Son ölkə çempionu “Qarabağ” turnir cədvəlinin lideri “Neftçi”nin müqavimətini qırmağa çalışacaq. Azərbaycan çempionatlarının daimi iştirakçıları yubiley – 75-ci çempionat oyununda üz-üzə gələcək.”Neftçi” son 4 matçda rəqibinə məğlub olmamaqla yanaşı, ardıcıl 3 oyundur rəqib qapısına yol tapa bilir. Bu vaxta qədər keçirilmiş 74 oyunun 27-də Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı qələbə ilə tərk edib. 27 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də “köhlən atlar” öndədir – 78:68. “Neftçi” hazırda 33 xalla birinci, “Qarabağ” isə 30 xalla ikinci sıradadır.Qeyd edək ki, turun digər matçlarında “Sabah” səfərdə “Zirə”ni 2:0, “Səbail” isə “Keşlə”ni 3:0 hesabı ilə məğlub edib.xeber100.com

Reklam

Topaz Premyer Liqasının XXV turuna start verilir

Aprelin 18-də futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start verilir.Azərtac xəbər verir ki, tur iki gün davam edəcək. Turun birinci günündə iki oyun keçiriləcək. XXV tur saat 16:45-də “Sumqayıt” – “Səbail” oyunu ilə başlanacaq. “Kapital Bank Arena”da oynanılacaq görüşü Vüqar Həsənli idarə edəcək.Günün ikinci qarşılaşmasında çempionluğa iddialı “Qarabağ” komandası autsayder “Keşlə”ni qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 19:00-da start götürəcək.Aprelin 19-da - turun ikinci günündə “Qəbələ” komandası doğma arenada “Zirə” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Görüş saat 16:00-da başlanacaq.Tura saat 18:30-da “Sabah” – “Neftçi” oyunu ilə yekun vurulacaq. “Əlincə Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rövşən Rəcəbov olacaq.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Xatırladaq ki, 24 turdan sonra turnir cədvəlinə aktivində 54 xal olan “Qarabağ” başçılıq edir. “Neftçi” 52 xalla ikinci, “Səbail” 35 xalla üçüncü, 33 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (25), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alıblar.xeber100.com

Aprel 18, 2019 12:54

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatı

Aprelin 20-dən 28-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının ikinci seçmə mərhələsi keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışlar Xırdalan, Lənkəran və Samuxda keçiriləcək. Xırdalanda aprelin 20-21-də Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulacaqlar. Aprelin 24-25-də Lənkəranda Cəlilabad, Neftçala, Lerik və Astaranı, ayın 27-28-də isə Samuxda Goranboy, Gəncə, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaq. Mərhələ yarışlarında 2001-2007-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər “Sinkleyr” cədvəli üzrə müəyyən ediləcək.Yarışın məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.xeber100.com

Aprel 18, 2019 12:49

Qılıncoynatma Federasiyasının məlumatına görə…

Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub.Azərtac Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, turnirin 9-cu yarış günündə şpaqa üzrə gənclərin komanda yarışları keçirilib. Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət yığma komandamız mübarizəyə 1/32 finaldan başlayıb. Bu mərhələdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşan şpaqaçılarımız rəqibi 45:32 hesabı ilə məğlub edib. Kişi şpaqaçılarımız onaltıdabir finalda dünya birinciliyinin finalına kimi irəliləyən ABŞ yığması ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün sonunda şpaqaçılarımız turnirin reytinq favoritinə 43:45 hesabı ilə uduzub. Daha öncə isə Barat Quliyev yeniyetmə şpaqaçıların şəxsi yarışında qüvvəsini sınayıb. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran Barat pley-offda Rumıniya təmsilçisi Daniel Popa üzərində 15:13 hesabla qələbə qazanıb. Quliyev 1/32 finalda Sinqapur idmançısı Li Simon Renjie ilə qarşılaşıb. Görüş sinqapurlu şpaqaçının 15:13 hesablı qələbəsi ilə başa çatıb.Xatırladaq ki, komandamızın üzvlərindən şpaqaçımız Ruslan Həsənov gənclərin dünya birinciliyində yarımfinala yüksəlməklə bürünc medal qazanıb.xeber100.com

Aprel 15, 2019 12:27