Futzal Federasiyasının məlumatı əsasında…

10 Oktyabr 2017 12:11

Xəbər 20 dəfə oxunub

Oktyabrın 11-dən futzal üzrə UEFA kubokunun əsas mərhələsində çıxış edəcək “Araz” klubu heyətini gücləndirib.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Alesio da Silvanın istəyi ilə EKOL və milli komandamızın qapıçısı Emin Kürdov icarəyə götürülüb.Təcrübəli qapıçı Anar Məmmədovu əvəzləyəcək. O, UEFA kuboku oyunlarında 12 nömrəli forma altında meydana çıxacaq.E.Kürdov yalnız UEFA kuboku çərçivəsində keçiriləcək oyunlarda “Araz”a kömək edəcək, Yüksək Liqanın matçlarında isə EKOL-un qapısını qoruyacaq.xeber100.com

Reklam

Futbol üzrə Türkiyə Super Liqasının 9-cu turunda

Oktyabrın 22-də futbol üzrə Türkiyə Super Liqasının 9-cu turunda İstanbul derbisi oynanılıb.Azərtac xəbər verir ki, çempionatın lideri "Qalatasaray" komandası əzəli rəqibi "Fənərbağça"nı qəbul edib.Baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesab açılmasa da, matç bir sıra gərgin anlarla yadda qalıb.Oyunun 73-cü dəqiqəsində meydan sahibləri sayca azlıqda qalıblar. Belə ki, Belhanda ikinci sarı vərəqə ilə cəzalandırılaraq oyunu tərk edib. Lakin qonaqlar bu imkandan yararlana bilməyiblər və oyun qolsuz, heç-heçə ilə başa çatıb.Görüşün əvvəlində azarkeşlər arasında qarşıdurmalarla başlayan gərginlik matç boyu davam edib. Gərginlik hər iki komandanın baş məşqçiləri İqor Tudor və Aykut Kocaman arasında da yaşanıb.Bundan başqa, yan hakim Tarık Ongün azarkeşlər tərəfindən naməlum əşyanın stadiona atılması nəticəsində başından zədə alıb.Buna baxmayaraq, bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşma olub. Belə ki, "Türk Telekom Arena"da oyunu 50 min 291 tamaşaçı izləyib.Doğma meydanda xal itirməsinə baxmayaraq, "Qalatasaray" çempionatda liderliyini qoruyur. Bu komandanın aktivində 23 xal var. "Fənərbağça" 15 xalla altıncı sırada qərarlaşsa da, yeddinci yerdəki "Beşiktaş"ın doğma meydanda "Medipol Başakşəhər" komandasını məğlub edəcəyi təqdirdə bir pillə geriləyə bilər. Lider "Qalatasaray"dan altı xal geridə qalan "Göztəpə", "Akhisar Bələdiyyə", "Kayserispor" ilk dördlüyü tamamlayırlar. Beşinci sıradakı "Medipol Başakşəhər"in isə 16 xalı var.xeber100.com

Oktyabr 23, 2017 10:43

Cüdoçular arasında dünya birinciliyində fərdi yarışlar başa çatıb

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənc cüdoçular arasında dünya birinciliyində fərdi yarışlar başa çatıb. Azərbaycan millisi mundialın sonuncu günündə daha bir uğura imza atıb.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, 100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Z.Kotsiyevin rəqibi erməni əsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, bayrağımız qaldırılıb.Bununla da millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər milli komandaları qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq ikinci olublar.Xatırladaq ki, dünya çempionatında Hidayət Heydərov (73 kq), Zelim Kotsiyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.xeber100.com

Oktyabr 22, 2017 14:11

“Everton” klubu “Lion” kollektivini qəbul edib

Oktyabrın 19-da futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, 12 qrupda ümumilikdə 24 matç oynanılıb.Turun maraqlı qarşılaşmalarından biri Liverpul şəhərində keçirilib. İngiltərənin “Everton” klubu Fransanın “Lion” kollektivini qəbul edib və 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb. Qazaxıstanın “Astana” və İspaniyanın “Real Sosyedad” klubları isə rəqiblərinə böyük hesabla qalib gəliblər. Onlar müvafiq olaraq “Makkabi” (İsrail, 4:0) və “Vardar” (Macarıstan, 6:0) kollektivlərindən üstün olublar.Günün digər oyunları isə aşağıdakı kimi nəticələnib: “A” qrupu "Vilyarreal" (İspaniya) – “Slaviya” (Praqa, Çexiya) – 2:2 “B” qrupu “Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) – 2:2 “Skenderbeu” (Albaniya) – “Partizan” (Serbiya) – 0:0 “C” qrupu “Hoffenhaym” (Almaniya) – “Başakşehir” (Türkiyə) – 3:1 “Braqa” (Portuqaliya) – “Lüdoqorets” (Bolqarıstan) – 0:2 “D” qrupu “Milan” (İtaliya) - AEK (Yunanıstan) – 0:0 “Austriya” (Avstriya) – “Riyeka” (Xorvatiya) – 1:3 “E” qrupu “Atalanta” (İtaliya) – “Apollon” (Kipr) – 3:1 “F” qrupu “Şerif” (Moldova) – “Lokomotiv” (Moskva, Rusiya) – 1:1 “Zlin” (Çexiya) – “Kopenhagen” (Danimarka) – 1:1 “G” qrupu “Hapoel” (Beer-Şeva, İsrail) – “Styaua” (Rumıniya) – 1:2 “Luqano” (İsveçrə) – “Viktoriya” (Plzen, Çexiya) – 3:2 “H” qrupu “Srvena Zvezda” (Serbiya) – “Arsenal” (İngiltərə) – 0:1 BATE (Belarus) – “Köln” (Almaniya) – 1:0 “I” qrupu “Marsel” (Fransa) – “Gimaraynş” (Portuqaliya) – 2:1 “Konyaspor” (Türkiyə) – “Zalsburq” (Avstriya) – 0:2 “J” qrupu “Zarya” (Ukrayna) – “Herta” (Almaniya) – 2:1 “Ostersun” (İsveç) – “Atletik” (İspaniya) – 2:2 “K” qrupu “Nitsa” (Fransa) – “Latsio” (İtaliya) – 1:3 “Zülte-Varegem” (Belçika) – “Vitess” (Hollandiya) – 1:1 “L” qrupu “Zenit” (Rusiya) – “Rusenborq” (Norveç) – 3:1

Oktyabr 20, 2017 11:43