Gənc Tamaşaçılar Teatrı yubiley tamaşası hazırlayır

12 Aprel 2018 14:58

Xəbər 35 dəfə oxunub

Doxsan illik yubileyini qeyd etməyə hazırlaşan Gənc Tamaşaçılar Teatrında növbəti yeni tamaşa hazırlanır.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır.xeber100.com

Reklam

Bakı Musiqi Akademiyasında yubiley konfransı keçirilib

Aprelin 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyasının 25 illik yubiley konfransı keçirilib.Azərtac xəbər verir ki, konfrans Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə reallaşıb.Tədbirdə Musiqi Akademiyasının rektoru  Fərhad Bədəlbəyli çıxış edərək laboratoriya əməkdaşlarının 25 il ərzində gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, elmi laboratoriyanın əməkdaşlarının fəal iştirakı ilə bir sıra elmi-praktik konfranslar təşkil edilib və onların materialları nəşr olunub. Bundan başqa, elmi işçilərin, müəllimlərin və doktorantların iştirakı ilə şifahi ənənəli musiqinin tarixi və nəzəri məsələləri, Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş elmi məqalələrdən ibarət toplular oxucuların ixtiyarına verilib.Qeyd edilib ki, laboratoriyada musiqişünaslıq, etnomusiqişünaslıq, sənətşünaslıq, musiqi fəlsəfəsi, musiqi tarixi, kulturologiya kimi tədqiqat istiqamətləri formalaşıb. Burada çalışan işçilərin tədqiqatları çoxsaylı məqalələr, monoqrafiyalar, dərs vəsaitlərində öz əksini tapıb və bütün bunlar təhsilin elmi bazasının inkişafına xidmət edib.Tədbirdə elmi laboratoriyanın kollektivinin fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş olunub, həmçinin musiqi nömrələri təqdim edilib.xeber100.com  

Aprel 20, 2018 08:43

IV Britaniya film bahar festivalında

Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri tamaşaçılara təqdim ediləcək.Azərtac xəbər verir ki, festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.“British Council Azerbaijan”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə reallaşacaq festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - “Nəfəs al”, “Dafna”, “Korluq haqqında qeydlər”, “Devid Boui”, “Tutqun işıqlar şəhəri”, “İngiltərə mənimdir”, “Baxıcı” və “Əyri ev” nümayiş olunacaq.“British Council Azerbaijan”ın direktoru Elizabet Uayt IV Britaniya film bahar festivalı ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Builki festival üçün maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”.Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts isə bildirib: “Birləşmiş Krallığın film sənayesi ötən ildə tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qalıb. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır”.Festival çərçivəsində, həmçinin seminar da təşkil ediləcək.xeber100.com

Aprel 17, 2018 12:56