G20 sammitinin təhlükəsizliyini 22 min polis qoruyacaq

21 Noyabr 2018 14:23

Xəbər 156 dəfə oxunub

Argentina hakimiyyəti hüquq-mühafizə orqanlarının 22 min əməkdaşını İyirmilər Qrupu (G20) liderlərinin Buenos-Ayresdə keçiriləcək sammitinin təhlükəsizliyinin təmin olunmasına cəlb edəcək.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç bildirib. Onun sözlərinə görə, nazirliyin daha 700 əməkdaşı təhlükəsizliyin təminatı məsələləri ilə məşğul olacaq.Ölkənin nəqliyyat naziri Gilyermo Detriç isə öz növbəsində sammitin keçiriləcəyi günlərdə ölkənin paytaxtı Buenos-Ayresin mərkəzinə yaxın ərazidə yerləşən Xorxe Nyuberi adına aeroportun kommersiya reysləri üçün bağlanacağını, şəhərdə bütün qatar reyslərinin ləğv olunacağını, limanın, həmçinin metronun fəaliyyət göstərməyəcəyini bildirib.Qeyd edək ki, G20 ölkələri liderlərinin sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23