“Gem Diamonds Ltd” kompaniyasının məlumatı

13 Mart 2018 16:15

Xəbər 215 dəfə oxunub

Dünya tarixi ərzində ölçüsünə görə ən böyük almazlardan biri martın 12-də Belçikanın Antverpen şəhərində keçirilən hərracda 40 milyon dollara satılıb.Xarici KİV-lər xəbər verir ki, bu barədə Böyük Britaniyanın almaz hasilatı ilə məşğul olan “Gem Diamonds Ltd” kompaniyası məlumat yayıb.Bu ilin yanvar ayında Afrikanın Lesoto krallığında yerləşən Letsenq mədənində tapılmış 910 karatlıq almaz “Lesoto əfsanəsi” (Lesotho Legend) adlanır. O, rəngsiz və qatışığı olmayan qiymətli daşdır.Xatırladaq ki, Letsenq mədəni “Gem Diamonds” və Lesoto hökumətinin müştərək mülküdür. Ölçüsünə görə dünyanın 15-ci ən böyük almazı olan 603 karatlıq “Lesotonun vədi” də 2006-cı ildə bu mədəndə tapılmışdı.xeber100.com

Reklam