Genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb

17 Sentyabr 2018 11:32

Xəbər 92 dəfə oxunub

Sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.xeber100.com

Reklam