Gimnastika Federasiyasının məlumatı

10 Oktyabr 2017 12:22

Xəbər 117 dəfə oxunub

Batut gimnastikası üzrə yığma komandamızın üzvləri İspaniyanın Valladolid şəhərində keçirilən Dünya Kubokunda iştirak ediblər.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə ölkəmizi Svetlana Makştaryova, Veronika Zemlyanaya, İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil ediblər.Bir neçə gün əvvəl Portuqaliyada keçirilən Dünya Kubokunun qızıl medalına sahib olan Mixail bu turnirdə də uğurlu çıxışı ilə yadda qalıb. Gimnastımızın tamblinq cığırındakı hərəkətlərinin icrası hakimlər tərəfindən 70,900 xalla dəyərləndirilib. Bu isə ona yarışların bürünc medalını qazandırıb.xeber100.com

Reklam

XXI dünya çempionatının IX gününün ilk görüşündə

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının IX gününün ilk görüşündə “E” qrupunda yer alan Braziliya və Kosta-Rika milliləri qarşılaşırlar.Azərtac xəbər verir ki, Sankt-Peterburq stadionunda keçirilən oyunda braziliyalıların start heyətində meydançaya Alison Beyker, Tiaqo Silva, Joau Miranda, Faqner, Marselo, Kazemiro, Paulinyo, Filip Koutinyo, Vilyam, Neymar, Qabriyel Xesus çıxıblar.Kosta-Rika millisində start heyətində isə Keylor Navas, Dcankarlo Qonsales, Coni Akosta, Oskar Duarte, Kristian Qamboa, Brayen Ovyedo, David Qusman, Selso Borxes, Brayan Ruis, Xoan Veneqas, Markos Urenya yer alıblar.Görüşü hollandiyalı referi Kupers Bcon idarə edəcək.Qeyd edək ki, Braziliya ilk turda İsveçrə yığması ilə heç-heçə (1:1) edib. Kosta-Rika isə Serbiya yığmasına minimal hesabla məğlub olub (1:0). Braziliya millisi dünya çempionatının səkkizdəbir final mərhələsinə çıxmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.Bu oyun komandalar arasında üçüncü matç olacaq. Braziliya yığması Kosta-Rikanı 1990-cı ildə 1:0, 2002-ci ildə isə 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-cü ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).Xatırladaq ki, günün ikinci oyunu saat 19:00-da “Volqoqrad Arena”da start götürəcək. “D” qrupunun digər oyununda Nigeriya və İslandiya yığmaları qarşılaşacaqlar. Günə saat 22:00-da Kalininqrad şəhərində start veriləcək Serbiya və İsveçrə millilərinin görüşü ilə yekun vurulacaq.Braziliya - Kosta-Rika oyunu İdman Azərbaycan kanalında canlı yayımlanır. Nigeriya-İslandiya qarşılaşması İdman Azərbaycan və İctimai Televiziya, Serbiya-İsveçrə matçı isə İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.xeber100.com

İyun 22, 2018 14:06

Stolüstü idman oyunları üzrə beynəlxalq turnir keçirilib

Azərbaycanın və Türkiyənin Xarkovdakı fəxri konsulluqlarının təşəbbüsü ilə bu şəhərdə stolüstü idman oyunları üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq turnirdə Ukraynada akkreditə olunmuş 20-yə yaxın ölkənin fəxri və baş konsulluqları, Xarkov şəhər meriyasının, ATƏT-in və BMT-nin Ukraynadakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.Beynəlxalq Olimpiya Komitəsinin yaradılmasının 124-cü ildönümünə həsr olunmuş turnirin açılış mərasimində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək son illər ölkəmizdə bir çox sahələrlə yanaşı, idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Vurğulanıb ki, sosial iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan dünyanın ən möhtəşəm idman yarışlarına ev sahibliyi edib.İdmanın dünya xalqlarının sülh və əmin-amanlıq rəmzinə çevrildiyini bildirən Xarkov şəhər merinin müavini Konstantin Loboyçenko idman oyunlarının keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan və Türkiyənin fəxri konsulluqlarına minnətdarlığını bildirib.Çıxışlardan sonra stolüstü idman oyunları üzrə beynəlxalq turnirə start verilib. On beş komandanın iştirak etdiyi turnirdə idmançılar tennis, şahmat, nərd, şaşki, atıcılıq və digər stolüstü oyunlar üzrə bacarıqlarını nümayiş etdiriblər. İki gün davam edən turnirdə Türkiyənin Xarkov şəhərindəki fəxri konsulluğunun komandası 1-ci, Azərbaycanın Xarkov şəhərindəki konsulluğunun komandası 2-ci, İsrailin yığma komandası isə 3-cü yerə çıxıblar.Dostluq və qardaşlıq görüşünə çevrilən turnirin sonunda qalib komandalara Xarkov Şəhər Administrasiyasının diplomları və kubokları təqdim olunub.xeber100.com

İyun 20, 2018 12:11

“Sportinq” futbol klubunun yeni baş məşqçisi bəlli oldu

Portuqaliyanın “Sportinq” futbol klubunun yeni baş məşqçisi bəlli oldu.Azərtac xəbər verir ki, Lissabon klubuna serbiyalı Sinişa Mixayloviç rəhbərlik edəcək. Qırx doqquz yaşlı məşqçi üçillik müqaviləyə imza atıb. Onun sonuncu klubu İtaliyanın “Torino” kollektivi olub. Mixayloviç hazırkı postda Jorje Jezuşu əvəzləyib. O, mövsüm başa çatandan sonra tutduğu vəzifədən istefaya göndərilmişdi.Xatırladaq ki, mayda klubda xoşagəlməz hadisə yaşanmışdı. Çempionlar Liqasına vəsiqə qazanmaq imkanını əldən verən “Sportinq” ikinci yer uğrunda mübarizə aparan “Maritimo”ya uduzaraq (1:2) UEFA Avropa Liqasına düşmüşdü. Bundan qəzəblənən bir qrup azarkeş klubun məşq bazasına hücum edərək bir neçə futbolçu, o cümlədən baş məşqçi Jorje Jezuşa xəsarət yetirmişdi. Azarkeşlərin hücumundan ən çox komandanın lideri sayılan Bas Dost xəsarət almışdı.Qapıçı Rui Patrisio, Daniel Podense, Vilyam Karvalyo, Celson Martinş, Bruno Fernandeş və Bas Dost komanda ilə müqaviləni birtərəfli qaydada pozublar.Qapıçı Rui Patrisio klubun prezidenti Bruno Di Karvalyonun davranışlarından narazı qalmışdı. Təcrübəli qolkiperin “Vulverxempton”a transferi reallaşmaq üzrə olarkən Di Karvalyo əlavə ödəmə tələb etdiyindən danışıqlar pozulmuşdu. Portuqaliya klubunun prezidenti geridə qalan mövsümdə komanda üzvlərinin antipatiyasını qazanmışdı. O, “Sportinq”in Avroliqada mübarizəni dayandırmasında futbolçuları günahlandırmışdı. Əvəzində bir neçə oyunçu sosial şəbəkə vasitəsilə Di Karvalyonun açıqlamasını tənqid etmişdi. Apreldə baş verən bu hadisədən sonra klub prezidenti 19 futbolçunu komandadan uzaqlaşdırmaq barədə qərar vermişdi.xeber100.com

İyun 20, 2018 11:59

XXI dünya çempionatının VII günündə…

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII günündə səkkizdəbir finalın daha üç iştirakçısı müəyyənləşə bilər.Azərtac xəbər verir ki, gün ərzində keçiriləcək oyunlarda “A” qrupunda yer alan komandalardan Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları üz-üz gələcəklər. “B” qrupunda isə Portuqaliya-Mərakeş və İran-İspaniya görüşləri keçiriləcək.Dünya çempionatının yeddinci gününə saat 16:00-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq Portuqaliya-Mərakeş oyunu ilə start veriləcək. Portuqaliya ilk turda İspaniya yığması ilə heç-heçə (3:3) edib. Mərakeş isə son dəqiqələrdə buraxdığı avtoqolla İran yığmasına minimal hesabla məğlub olub. İspaniya ilə oyunda het-trik edən Kriştiano Ronaldo çempionatda bombardir olmaq üçün bu görüşdə mümkün qədər çox qol vurmağa çalışacaq.Dünya çempionatlarında ilk qələbəsini 1986-cı ildə Portuqaliya üzərində qazanan (1:0) Mərakeş yığması növbəti mərhələyə yüksəlmək üçün bu uğuru təkrarlamalıdır. Lakin bu dəfə Şimali Afrika təmsilçisinin şansları çox azdır. Mərakeş yığması indiyədək qatıldığı dörd dünya çempionatında keçirdiyi 14 görüşün yalnız ikisində qalib gəlib.“A” qrupunda Rusiyanın iki qələbə qazanaraq 6 xalla səkkizdəbir finala yüksəlməsindən sonra bu qrupun favoriti sayılan Uruqvayın da Səudiyyə Ərəbistanını məğlub edərək növbəti mərhələyə çıxmaq şansları böyükdür. Bu komandalar ilk dəfədir üz-üzə gəlirlər. “Rostov Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Görüşü fransalı referi Klemen Turpin idarə edəcək.Günün saat 22:00-da başlayacaq üçüncü görüşündə hazırda “B” qrupuna liderlik edən İran yığması ilə İspaniya millisi “Kazan Arena”da qarşılaşacaqlar. İlk turda Mərakeş üzərində vacib üç xal qazanan İran qrupdan çıxmaq şanslarını qorumaq üçün bu görüşdə ən azı heç-heçə etməlidir. Birinci turda Portuqaliya ilə heç-heçədən sonra ispaniyalılar səkkizdəbir finala çıxmaq şanslarını yaxşılaşdırmaq üçün 3 xalla qrupa liderlik edən İran millisini mütləq məğlubiyyətə uğratmalıdırlar.Portuqaliya - Mərakeş oyunu saat 16:00-da İdman Azərbaycan və İctimai Televiziya vasitəsilə birbaşa yayımlanacaq. Azərbaycanlı idmansevərlər Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşmasına saat 19:00-da İdman Azərbaycan kanalında baxa biləcəklər. İran-İspaniya görüşü isə saat 22:00-da İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.xeber100.com

İyun 20, 2018 11:14

Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirəcək

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası iyunun 20-dən iyulun 11-dək Bakıda təlim-məşq toplanışı və 2 yoldaşlıq oyunu keçirəcək.Azərtac xəbər verir ki, İranın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq komandamızın heyəti açıqlanıb.Heyətdə Vüsal Şabanov (“Qəbələ”), Qurban Məhərrəmov (“Qarabağ”), Müşviq Nadirov (“Qəbələ”), Ramin Məhərrəmov (“Keşlə”), Mehmet Ali Serin (“Neftçi”), Nemət Şıxəmirov (“Qəbələ”), Nemət Musayev (“Kəpəz”), Rüfət Əhmədov (“Qəbələ”), Abubəkir İbragimov (“Mahaçqala”), Nika Baçaliaşvili (“Qəbələ”), Fərid Yusifli (“Neftçi”), Fərid Muxtarov (“Keşlə”), Veysəl Rzayev (“Qəbələ”), İbrahim Novruzov, Samir Abdullayev (hər ikisi “Keşlə”), Samir Məhərrəmli, Rauf Məhərrəmov (hər ikisi “Qəbələ”), Tuqay Əlizadə (“Şaxtyor”, Ukrayna), Emil Quluzadə (“Vətən”), İlahi Quliyev, Samir Qasımov (hər ikisi “Zirə”), Elçin Qasımov (“Turan Tovuz”), Musa Qurbanlı (“Qarabağ”), Cəlal Cəbrayılov (“Sumqayıt”), Valeh Qəhramanlı (“Neftçi”) və Cavidan Abbaszadə (“Sumqayıt”) yer alıblar.Qeyd edək ki, iyulun 7-də ilk yoldaşlıq oyunu “Dalğa Arena”da, üç gün sonra təşkil olunacaq ikinci matç isə Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com

İyun 20, 2018 11:11

Rusiyadakı dünya çempionatında daha 3 görüş keçiriləcək

Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.H qrupunda mübarizə Kolumbiya – Yaponiya görüşü ilə başlayacaq. Heyətində ulduz futbolçuları olan Cənubi Amerika təmsilçisi bunun köməyi ilə mundiala qələbə ilə start götürmək niyyətindədir. Lakin indiyə qədər baş tutan matçlar ulduzların varlığının uğur üçün kifayət etmədiyini ortaya qoyub.Qrup mərhələsində ilk tura Polşa – Seneqal qarşılaşması ilə yekun vurulacaq. Bu oyun daha çox Levandovski – Mane mübarizəsi kimi qələmə verilir. Polşalılar bir çoxları tərəfindən qrupun favoriti hesab olunsa da, Seneqal millisinin heyətində kifayət qədər tanınmış sima var.Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidir. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər. Dünya çempionatı 19 iyun H qrupu 16:00. Kolumbiya – Yaponiya Saransk, “Mordoviya Arena” 19:00. Polşa – Seneqal Moskva, “Spartak” stadionu A qrupu 22:00. Rusiya – Misir Sankt-Peterburq, Şəhər stadionu.xeber100.com

İyun 19, 2018 12:50

DÇ-2018-də keçirilən növbəti oyunların nəticələri…

DÇ-2018-də növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün son matçında Xorvatiya Nigeriya ilə üz-üzə gəlib. Xorvatlar qələbə qazanmaqla qrupun liderliyini ələ alıb. Xorvatiya - Nigeriya - 2:0 Qollar: Oqenekaro Etebo, 23 (avtoqol), Luka Modriç, 71 (pen.) Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (hər ikisi İspaniya) Kalininqrad, "Kalininqrad" stadionu Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 6. Deyan Lovren, 21. Domaqoy Vida, 3. İvan Striniç, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 4. İvan Perişiç, 18. Ante Rebiç, 9. Andrey Kramariç, 17. Mario Mandzukiç, Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 11. Marselo Brozoviç, 12. Lovre Kaliniç, 13. Tin Edvay, 14. Filip Bradariç, 15. Duje Çaleta-Sar, 16. Nikola Kaliniç, 19. Milan Badel, 20. Marko Pyatsa, 22. Yosip Pivariç Baş məşqçi: Zlatko Daliç Nigeriya: 23. Fransis Uzoho, 6. Leon Baloqun, 5. Uilyam Trost-Ekonq, 2. Brayan İdovu, 4. Vilfrid Ndidi, 12. Abdullahi Şeku, 10. Con Obi Mikel (k), 11. Viktor Mozes, 16. Daniel Akpeyi, 8. Oqenekaro Etebo, 9. Odion İqalo Ehtiyat oyunçular: 1. Ezenva İkeçukvu, 3. Elderson Eçicile, 7. Ahmad Musa, 13. Simeon Nvankvo, 14. Keleçi İhenaçço, 15. Joel Obi, 17. Oqenyi Onazi, 18. Aleks İvobi, 19. Con Oqu, 20. Çidozi Avazyem Kollins, 21. Tiron Ebuehii, 22. Kennet Omeruo/Baş məşqçi: Gernot Ror.xeber100.com

İyun 17, 2018 15:48

DÇ-2018-də növbəti oyunlar keçirilib

Bu gün DÇ-2018-də növbəti oyunlar keçirilib.Apasport.az saytının məlumatına görə, gün ərzində baş tutacaq 4 oyunla C və D qrupunda ilk tura yekun vurulacaq.İlk olaraq Fransa ilə Avstraliya meydana çıxacaqlar. Heyət baxımından turnirin ən güclülərindən biri hesab olunan fransızlar mundialın favoritlərindən hesab olunurlar. Didye Deşamın komandası Avstraliya qarşısında turnirə uğurlu başlanğıc eləmək istəyir. Bunun üçün qələbə şərtdir.Ardınca Argentina və İslandiya münasibətlərinə aydınlıq gətirəcəklər. AÇ-2016-dakı çıxışı ilə hər kəsi təəccübləndirən və yaxşı formada olan avropalılarla daimi favorit cənubi amerikalıların dueli maraqlı mübarizə vəd edir. Messi və dostlarının hədəfi çempionluqdusa, bu görüşdən mütləq 3 xalla ayrılmalıdırlar.Peru – Danimarka matçının da maraqlı keçəcəyi gözlənilir. Sərt futbol oynayan danimarkalıların əsasən texnikalı və pasa söykənən çıxışı ilə parlayan Peru qarşısında nə edəcəyi maraqlıdır.Günə Xorvatiya – Nigeriya görüşü ilə yekun vurulacaq. “Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanır. Bu görüşün qalibi böyük ehtimalla qrupda ikinci yerin əsas namizədi olacaq.xeber100.com

İyun 16, 2018 22:41