“Gitex” Yüksək Texnologiyalar Həftəsi çərçivəsində

15 Oktyabr 2018 12:37

Xəbər 130 dəfə oxunub

Dubayda keçirilən “Gitex” Yüksək Texnologiyalar Həftəsi çərçivəsində ölkənin Yollar və Nəqliyyat İdarəsi Amerikanın “Diversey” şirkəti tərəfindən yaradılmış robot-süpürgəçini nümayiş etdirib.Azərtac xəbər verir ki, robot insanın müdaxiləsi olmadan bütün işi yerinə yetirməyi bacarır. Bundan ötrü onun su və təmizləyici vasitələr üçün nəzərdə tutulan xüsusi rezervuarlarını doldurmaq kifayət edər. Robot əlçatmaz künclərin təmizlənməsi üçün hərlənən fırçaya, məkanda səmti müəyyənləşdirmək üçün 8 optik ötürücü cihaza və müxtəlif iş rejimi seçmək və hərəkət etməkdən ötrü sensorlu ekrana malikdir.Gələn ilin əvvəllərindən başlayaraq, metro stansiyalarında test çərçivəsində istifadə ediləcək robotlar ətraf mühit üçün təhlükəsizdir. Robot, həmçinin istifadə edilən suya 76 faizədək, kimyəvi vasitələrə isə 70 faizədək qənaət edir. Bundan əlavə, saatda 2 kilometr hərəkət edən robot-süpürgəçi cəld və effektli işləyir.xeber100.com

Reklam

“New Zealand Herald” qəzeti yazır…

Məscidlərə hücum edən şəxsin silah gəzdirmək lisenziyası olub. O, beş növ odlu silaha malik olub. Mən sizə indi yalnız bunu deyə bilərəm ki, bizim silaha nəzarətlə bağlı qanunlar dəyişdirilməlidir."New Zealand Herald" qəzeti xəbər verir ki, bu sözləri Yeni Zelandiyanın baş naziri Casinda Ardern deyib. Baş nazir diqqətə çatdırıb ki, 2005-ci, 2012-ci və 2017-ci illərdə bu sahədə qanunvericiliyin dəyişdirilməsinə cəhdlər göstərilib. İndi isə artıq dəyişikliklərin vaxtı çatıb.C.Ardern əlavə edib ki, məscidlərə hücuma görə üç nəfər saxlanılıb və onlardan biri Avstraliya vətəndaşıdır. Martın 16-da Kraystçörç məhkəməsi məscidə hücumda təqsirli bilinən 28 yaşlı Brenton Tarrantın aprelin 5-dək həbsdə saxlanması barədə qərar qəbul edib. O, qətllərin törədilməsində təqsirli bilinir. Saxlanılan şəxs bütün dünyanı gəzirmiş və bir neçə dəfə Yeni Zelandiyada da olub. Saxlanılanların heç biri nə Yeni Zelandiyada, nə də Avstraliyada kriminal keçmişə malik olmayıb.B.Tarrantanın vəkili bildirib ki, girov müqabilində onun azadlığa buraxılması barədə müraciət olunmayacaq.Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum olub. Nəticədə 50 nəfər öldürülüb, 48 nəfər isə xəstəxanalara yerləşdirilib. Baş nazir C.Ardern baş verən hadisəni terror aktı adlandırıb.xeber100.com

Mart 16, 2019 18:42

“Boeing-737 MAX 8” təyyarələrinin uçuşları dayandırılıb

Efiopiyada “Boeing-737-8” təyyarəsinin qəzaya uğraması nəticəsində 35 ölkədən olan 157 nəfər həlak olub. Bu insidentdən sonra Çin hökuməti öz aviaşirkətlərinin sərəncamında olan “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.Reuters agentliyi xəbər verir ki, qəzanın baş verməsi səbəbi hələ məlum olmasa da, Pekin 2016-cı ildən istifadəyə verilən və “Boeing-737” təyyarələrinin altıncı nəsli sayılan “Boeing-737 MAX 8”lərin uçuşlarının dayandırılması barədə qərar qəbul edib. Çin Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir ki, bu qərarın qəbul olunmasının səbəbi ötən ilin oktyabrında İndoneziyanın “Lion AIR” aviaşirkətinin də eyni markalı təyyarəsinin havada qəzaya uğraması ilə son insidentin bənzər olmasıdır.Ekspertlər ehtimal edirlər ki, ötən il baş vermiş qəzanın pilotun səhvi nəticəsində baş verdiyi məlum olduğundan, hələ ki, “Boeing”i ittiham etmək mümkün deyil. Bununla belə, Air China, China Eastern Airlines, China Southern Airlines kimi böyük aviaşirkətlərin daxil olduqları Çin mülki aviasiyası xəttə olan 90 ədəd “Boeing-737 MAX 8”lərin uçuşlarını dayandırıb.Çinin bu addımından sonra Efiopiya Hava Yolları da sərəncamında olan 4 ədəd “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.Bundan başqa, bir neçə Şimali Amerika aviaşirkətləri də Efiopiyada baş vermiş qəzanın təhqiqatının nəticələrini gözlədiklərini bəyan ediblər. “Boeing” şirkəti isə həlak olanların ailələrinə başsağlığı verib və texniki kömək göstərməyə hazır olduğunu bəyan edib.xeber100.com

Mart 11, 2019 13:46