“Global Challenges Summit” XI İqtisadi Forumu keçirilir

18 May 2018 15:10

Xəbər 75 dəfə oxunub

Qazaxıstan paytaxtında “Global Challenges Summit” – Qlobal Çağırış Sammiti adlı XI Astana İqtisadi Forumu keçirilir.Forumda dünyanın tanınmış iri maliyyə qurumları, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər və ekspertlər iştirak edir.Azərtac xəbər verir ki, Astana Expo Konqres Mərkəzində təşkil edilən forumun açılış mərasiminə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Baş nazir Bakıtcan Sagintayev, Fransanın eks-prezidenti Fransua Olland və Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Pan Gi Mun, Asiya İnfrastruktur İnvestisiya Bankının direktoru Jin Liqun, “Apple” şirkətinin həmtəsisçisi Stiv Vozniak, ümumiyyətlə 111 ölkədən mindən çox nümayəndə, çoxlu sayda KİV təmsilçisi iştirak edir.Prezident Nursultan Nazarbayev forumun açılış mərasimində çıxış edərək bildirib ki, 11-ci dəfə keçirilən forum iqtisadiyyat, investisiya və innovasiya məsələlərinin müzakirə edilməsinə zəmin yaradır. Bu əhəmiyyətli tədbirdə, eyni zamanda, qlobal problemlərin həlli yolları da axtarılacaq. “Qlobal antiböhran qərarlarına bütün beynəlxalq birliyin cəlb olunmasının vacibliyini nəzərə alaraq, bu təşəbbüsü BMT meydançasında həyata keçirməyi təklif edirik”, – deyə Qazaxıstan Prezidenti bəyan edib.xeber100.com

Reklam

“CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Azərbaycanın paytaxtı 2020-ci ildə CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatının "Global ATM Summit" ümumdünya sammitinə ev sahibliyi etmək üçün seçilib."Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Bakının namizədliyi Banqkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib."Global ATM Summit" illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitə dünyanın 100-dən çox ölkəsindən 250-dən artıq iştirakçı qatılır. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda, bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.2020-ci il üçün tədbirin əsas mövzusu gələcəkdə hava axınlarının qlobal təşkilinin strateji istiqamətini müəyyənləşdirən yenidən baxılmış "CANSO: Fit for the Future of ATM" proqramının təsdiq edilməsi olacaq.Son illərdə sammit Dublində (2014), Durbanda (2015), Vankuverdə (2016) və Kopenhagendə (2017) keçirilib. Bu il Banqkokda keçirilən sammit 2019-cu ildə Cenevrədə təşkil ediləcək.CANSO, ümumilikdə dünya hava trafikinin 85 faizini əhatə edir və gələcək təhlükəsiz hava məkanı modelinin yaradılması məqsədilə aeronaviqasiya xidmətləri provayderlərini, bütün dünyanın aviasiya hakimiyyətlərinin tənzimləyici və icra orqanlarını, həmçinin aviasiya sənayesinin aparıcı istehsalçılarını özündə birləşdirir.Bu gün CANSO-nun bütün dünyadan 164-dən çox üzvü var. Azərbaycan 2005-ci ildən təşkilatın üzvüdür."Azərbaycan Hava Yolları" QSC-nin struktur bölməsi olan "Azəraeronaviqasiya" (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan verib.xeber100.com

İyun 14, 2018 14:42

Neft sənayesində 5G şəbəkəsinin tətbiqi təklif olunub

Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti çərçivəsində "Rəqəmli iqtisadiyyat " paneli keçirilib.Apa-nın xəbərinə görə, paneldə müzakirələrə qatılan iqtisadiyyat və idarəçilik üzrə professor Gerard Poqorel indi rəqəmli inkişaf dövrü olduğunu deyib: "İndi yeni mərhələdəyik. Simsiz şəbəkə, 5G nəsili yeni imkanlar yaradacaq. Bu, daha çevik sistemdir. Bu sistemə pul yatırmağa dəyər. Simsiz sahədə rəqabət çox vacibdir. Bu rəqabət şəbəkənin inkişafına yönəldilməlidir. Gələcək simsiz olacaq, yeni şəbəkələr rəqabətli olmalıdır və bu, yerli, eləcə də regional aləmdə yeni imkanlar yaratmalıdır"."Samsung" təmsilçisi Mişel Pastore isə bildirib ki, rəqəmli iqtisadiyyat strukturundan hər kəsin istifadə edə bilməsi üçün əlverişli mühit yaradılmalıdır.Telekom və istehlakçı müdafiəsi üzrə analitik Visiola Pula qeyd edib ki, yeni 5G şəbəkəsi iqtisadi sistemdə mühüm inqilabi rol oynayacaq: "Bu şəbəkə nəqliyyat, sənaye üçün də əhəmiyyətli ola bilər. Məsələn, Azərbaycanda 5G şəbəkəsi neft sənayesində bütün avadanlıqların əlaqəli işləməsinə kömək edə bilər".Finlandiya parlamentinin nümayəndəsi Saymn Elo MP rəqəmsallaşmanın əsas məqsədinin bütün xidmətləri bir yerə birləşdirməkdən ibarət olduğunu vurğulayıb.xeber100.com

İyun 9, 2018 21:05

“Kapital Bank” stimullaşdırıcı lotereya keçirir

"Kapital Bank" "BirKart" müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir.Mayın 15-dən sentyabrın 15-dək partnyor mağazalar şəbəkəsində "BirKart" ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib qiymətli hədiyyələr qazana bilərlər.Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-də keçiriləcək tiraj ərzində 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkədaxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.Qeyd edək ki, "BirKart"ı artıq məvacib və pensiyasını "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, "Kapital Bank"ın istənilən filialına kart üçün müraciət edə bilərlər."BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 10 faizədək Cash Back imkanı. Visa kartları əsasında olan "BirKart" 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur."BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.xeber100.com

İyun 8, 2018 16:09