“Google”un rəsmi qeydiyyatdan keçməsinin 20 ili tamam olur

4 Sentyabr 2018 10:28

Xəbər 240 dəfə oxunub

Sentyabrın 4-də “Google”un özəl şirkət qismində rəsmi qeydiyyatdan keçməsinin 20 ili tamam olur. Bu müddətdə “Google” kiçik firmadan tutmuş bir çox texnoloji sahələrlə məşğul olan transmilli korporasiyaya qədər inkişaf yolu keçib. Lakin şirkətin ad günü ilə bağlı indi də mübahisələr var.TASS informasiya agentliyi xəbər verir ki, “Google” axtarış sisteminin tarixi 1996-cı ildən – Stenford Universitetində (Kaliforniya ştatı, ABŞ) təhsil alan Larri Peyc və Sergey Brinin internet-axtarış sisteminə dair öz elmi-tədqiqat layihələrini işə saldığı vaxtdan başlanıb. Onlar yeni sistemi “BackRub” adlandırıblar, lakin sonra buna “Google” adı verilib. “Google” onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd deməkdir.Şirkətin domen adı 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçib. Mütəxəssislərin çoxu şirkətin tarixinin onun özəl müəssisə kimi qeydiyyata düşdüyü vaxtdan – yəni 1998-ci il sentyabrın 4-dən hesablanmasının tərəfdarıdırlar. Lakin şirkətin özündə bu məsələyə başqa cür yanaşılır. Korporasiyanın rəsmi saytında qeyd edilir ki, “Google”un ad günü sentyabrın 27-nə təsadüf edir, lakin bu tarixin seçilmə səbəbi göstərilmir. “The New York Times” isə yazır ki, şirkət 2006-cı ildən başlayaraq ad gününü məhz bu tarixdə qeyd edir. Hətta 2013-cü ildə “Google” öz bloqunda etiraf edib ki, əməkdaşlar şirkətin rəsmi ad gününün vaxtını dəqiq bilmir.“Google” ABŞ-ın hökumət dairələri ilə əməkdaşlıq etsə də, tez-tez tənqid olunur. Məsələn, ABŞ Prezidenti Donald Tramp ötən həftə bildirib ki, onun haqqında xəbərlər axtarışında “Google” ilk növbədə “yalançı KİV-lərin xəbərlərini” önə çəkir. Şirkətdə isə bu fikir təkzib edilib, xəbərlərin təsnifatının siyasi motivlərlə bağlı olmadığı vurğulanıb. Qeyd olunub ki, “Google”da axtarış sistemini işləyib hazırlayanlar daim bunun daha da yaxşılaşdırılması üzərində çalışır və cəmiyyətdə siyasi əhval-ruhiyyəni manipulyasiya etmək məqsədilə siyasi motivləri sıralamırlar.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38

Çində dünyanın ən böyük beynəlxalq aeroportu açılacaq

Bu il Çində dünyanın ən böyük beynəlxalq aeroportu - Pekinin Dasin hava limanı açılacaq.Milli.az xəbər verir ki, aeroportun binasını nüfuzlu memar Zaha Hadid layihələndirib.Nəhəng kompleksdə 80-ə yaxın çıxış olsa da, terminalın özünəməxsus forması hesabına, onun mərkəzindən uçuş-eniş zolağına aparan istənilən çıxışa bir neçə dəqiqə ərzində çatmaq olacaq.Rekord ölçüdə olan aeroport Pekinin Dasin rayonunda inşa olunur. Aviaqovşaq Pekinin mərkəzindən 46 kilometr aralıda yerləşir. Aeroportun iri nəqliyyat qovşağına çevriləcəyi bildirilir. Hava limanında aviaterminaldan başqa dəmiryolu xətlərinin qovşağı da olacaq və aeroportun altında yerləşəcək.Dasində yeddi uçuş-eniş zolağı var. Gündəlik olaraq 620 min reysi qəbul edib-göndərə bilər. Aeroport təxminən 50 kvadrat kilometr sahəni tutur. Onun inşası üçün hökumət bir neçə yaşayış məntəqəsini sökmək və əhalinin başqa rayonlara köçürmək məcburiyyətində olub.Binanın dizaynında yumşaq xətlər əslən iraqlı olan Britaniya vətəndaşı Zahi Hadidin "vizit kartı" sayılır.Ötüb keçən yüksək sürətli təyyarələrin uçuşu zamanı kompleks "çiçəyinin" vibrasiya etməməsi üçün mindən çox dempferdən istifadə olunub. Təyyarələr rahatlıqla bina üzərindən 300 km/saat sürətlə uça bilərlər; terminalda olan sərnişinlər bundan heç nə hiss etməyəcək.Aeroportun nəhəng "hörümçək toru" artıq hazırdır. Pekin Dasin tamamilə baryersiz olacaq. 2022-ci ildə XIII Qış Paralimpiya Oyunlarının iştirakçılarını qarşılayacaq.xeber100.com

Yanvar 26, 2019 17:54