Gürcüstan mətbuatı yazır…

10 Dekabr 2017 22:05

Xəbər 144 dəfə oxunub

Katolikos – Bütün Gürcüstanın patriarxı II İliya Gürcüstanda orta məktəblərdə din tarixi və mənəviyyat dərsinin keçirilməsini təklif edib. “apsny.ge” saytının verdiyi məlumata görə, bazar günü dini mərasimdə Tbilisidə 51 saylı məktəbdə şagirdlər arasında dava-dalaş və iki şagirdin ölməsinə toxunan II İliya deyib ki, məktəbdə baş verən faciə çox ağır bir hadisədir.II İliya uşaqların tərbiyəsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb: “Uşaqların məktəbdə aldığı bilik yetərli deyil. Biz uşaqların mənəvi tərbiyəsinə xüsusi diqqət yetirməliyik. Hakimiyyət məktəblərdə din tarixi və mənəviyyat dərsinin keçirilməsi barədə mütləq düşünməlidir ki, Gürcüstanda belə hadisələr təkrarlanmasın”.xeber100.com

Reklam

Avstriya hökuməti BMT-yə vasitəçilik təklif edir

Avstriya hökuməti Suriya münaqişəsi ilə bağlı danışıqlar prosesində vasitəçilik missiyasını davam etdirməkdə maraqlıdır.Azərtac xəbər verir ki, bununla bağlı Avstriyanın kansleri Sebastian Kurts BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya müraciət edib. Federal Kansler Aparatından verilən məlumatda qeyd edilir ki, Avstriya bundan sonra da hərbi həll yolu olmayan Suriya münaqişəsində BMT-nin sülh danışıqlarını tam gücü ilə dəstəkləməyə hazırdır.Avstriya kansleri müraciətində mümkün etimad quruculuğu tədbirləri və münaqişənin sülh yolu ilə həlli istiqamətində ilk addımların atılmasından bəhs edib, artıq sağlam düşüncə ilə hərəkət etmək və diplomatik kanallarla sülh prosesini irəli aparmaq üçün vaxtın yetişdiyi qeyd edilib: “Yeni bir gərginliyin, xüsusilə də ABŞ və Rusiya kimi supergüclər arasında gərginliyin qarşısını almaq üçün bütün müvafiq addımların atılması zəruridir”.Buna görə də Avstriya tərəfi ölkənin dialoq məkanı və körpü qurucusu kimi ənənəvi rolunu nəzərə alaraq, Suriya danışıqlarında fəal vasitəçiliyini BMT-nin xüsusi elçisinə təklif edib. İranın nüvə proqramı və Suriyada sülhün bərqərar olması ilə bağlı danışıqların Vyanada keçirilməsi Avstriyanın bu sahədə geniş təcrübəsindən xəbər verir.Eyni zamanda, Avstriyanın xarici işlər naziri Karin Knayssl verdiyi açıqlamada bildirib ki, Avstriya danışıqlar məkanı kimi öz missiyasını icra etməyə hazırdır və ilk növbədə əsas hədəf de Misturanı öz fəaliyyətində yaxından dəstəkləməkdən ibarətdir.xeber100.com

Aprel 18, 2018 14:27

Pekində beynəlxalq festival başlayıb

Çinin paytaxtı Pekində beynəlxalq film festivalı başlayıb.Azərtac xəbər verir ki, bu il 8-ci dəfə keçirilən beynəlxalq film festivalı dünya kino sənayesinin tanınmış simalarını Pekinə toplayıb. Festivala 230-dan çox yerli və xarici film istehsalçısı, o cümlədən rejissor, aktyor, ssenarı müəllifi, habelə kino aləminin digər nümayəndələri qatılıb.Festivalın əsas hadisəsi isə 15 filmin “Tiantan” mükafatı uğrunda mübarizə apardığı müsabiqədir. Bu filmlər dünya üzrə müsabiqəyə təqdim edilən 659 film arasından seçilib. Çin, ABŞ, İsveç, Rumıniya və Polşadan olan tanınmış kino mütəxəssislərindən, rejissor və aktyorlardan ibarət münsiflər heyəti qalib filmləri seçəcək. Mükafat uğrunda mübarizə aparan həmin filmlərlə yanaşı, daha 300-dən çox film festivalın davam edəcəyi bir həftə ərzində Pekinin ən iri kinoteatrlarında nümayiş olunacaq. Bundan başqa, festivalın proqramına forumlar, seminarlar, karnaval, ustad dərsləri də daxildir.Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. Ölkədə hazırda 9914 kinoteatrda 53 min 824 kinoekran fəaliyyət göstərir ki, bu da sayca dünyada ən çoxdur. Hazırda dünyanın ən böyük ikinci kino bazarı olan Çində kassa yığımı 2003-cü ildən bəri hər il orta hesabla 35 faiz çoxalıb. Ötən il Çində kassa yığımı 8 milyard dollara yaxın olub. Mütəxəssislər hesab edir ki, 2020-ci ildə Çində film nümayişinin kassa yığımının ümumi məbləği 15 milyard dollara çatacaq.xeber100.com

Aprel 17, 2018 15:12

“Vyana Şəhər Xətləri” Şirkəti sınaq yoxlanışına başlayıb

Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən “Vyana Şəhər Xətləri” Şirkəti sürücüsüz hərəkət edəcək mikroavtobusların sınaq yoxlanışına başlayıb.Azərtac xəbər verir ki, Fransanın “Navya” şirkətinin istehsalı olan tam avtomatlaşdırılmış iki mikroavtobus gələn ilin əvvəlindən etibarən şəhərin yeni salınmış Zeeştadt Aspern rayonunda hərəkət edəcəklər. Nəqliyyata buraxılmazdan əvvəl isə bu il ərzində mikroavtobuslar sınaqdan keçiriləcək, sərnişinlərlə hərəkət edəcəkləri marşrut üzrə test yoxlanışları aparılacaq və onların hərəkət cədvəli üzrə yol və ətraf ərazini “öyrənməsi” təmin ediləcəkdir. Çoxlu sayda sensorlarla təchiz olunmuş mikroavtobusların müvafiq proqram təminatı təkmilləşdirilməli, yeni texnologiyanın seriya istehsalına hazirlanması üçün bir sıra texniki işlər görülməli, eləcə də nəqliyyat qanunvericiliyində dəyişikliklər aparılmalıdır.Saatda maksimum 20 km sürətlə hərəkət edəcək mikroavtobuslar 11 sərnişin üçün nəzərdə tutulub və nəqliyyatın sıxlığı az olan saatlarda marşruta buraxılacaq. Avstriya qanunvericiliyi sürücüsüz nəqliyyat vasitələrini qadağan etdiyinə görə, hərəkət vaxtı avtobusda nəzarəti həyata keçirən və lazım gələrsə onun hərəkətini nizamlayan sürücü-operator olacaqdır.xeber100.com

Aprel 13, 2018 14:06

AİB-in 2018-ci il üzrə İnkişaf Perspektivləri hesabatında

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okeanı regionunda ümumi daxili məhsulun artımının 2018-ci ildə 6 faiz, 2019-cu ildə isə 5,9 faiz olacağını proqnozlaşdırır.Azərtac xəbər verir ki, bu barədə AİB-in 2018-ci il üzrə Asiyanın İnkişaf Perspektivləri (ADO) adlı yeni hesabatında bildirilir.Hesabatda deyilir ki, yüksəkgəlirli yeni sənayeləşmiş iqtisadiyyatlar istisna olmaqla, iqtisadi artımın 2018-ci ildə 6.5 faiz və 2019-cu ildə 6,4 faiz olacağı gözlənilir.Çin Xalq Respublikasında (ÇXR) iqtisadi artım 2018-ci ildə 6,6 faiz, 2019-cu ildə isə 6,4 faiz yavaşlayacaq. Ölkə daxilində və xaricdə güclü tələbat ÇXR-də aparılan iqtisadi islahatlarla birgə davamlı iqtisadi artımın və makroiqtisadi stabilliyin bünövrəsini qoyur.Cənubi Asiyada iqtisadi artım dünyada ən sürətli artımlardan biridir və regionun ən iri iqtisadiyyatı Hindistanın iqtisadi artımının bərpası ilə stimullaşır. Hindistanın iqtisadi artımının 2017-ci maliyyə ilində proqnozlaşdırılan 6,6 faizdən sonra 2018-ci maliyyə ilində 7,3 faiz, 2019-cu ildə isə 7,6 faizə çatacağı gözlənilir.Cənubi Asiya qlobal ticarətin və əmtəə məhsullarının qiymətlərinin artmasından faydalanmağa davam edir. Subregionun 2017-ci ildə iqtisadi artım tempinin (5,2 faiz) həm 2018, həm də 2019-cü ildə saxlanacağı gözlənilir. Yüksək investisiyalar və ölkədaxili istehlak İndoneziya, Filippin və Taylandda iqtisadi artımı sürətləndirəcək, sənaye bazasında genişlənmə isə Vyetnamda iqtisadi artımı stimullaşdıracaq.Mərkəzi Asiyada iqtisadi artımın əmtəə qiymətlərinin artması fonunda 2018-ci ildə 4 faiz, 2019-cu ildə isə 4,2 faiz olacağı gözlənilir.xeber100.com

Aprel 11, 2018 15:17