Gürcüstanda prezident seçkiləri keçiriləcək

21 İyul 2018 20:43

Xəbər 218 dəfə oxunub

Gürcüstanın müxalif “Avropalı Gürcüstanı” Partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.Apa-nın yerli bürosunun məlumatına görə, D. Bakradzenin namizədliyi Kutaisi şəhərində təqdim olunub.Tədbirdə çıxış edən partiyanın liderlərindən biri Gigi Uqulava bu gün cəmiyyətə sabahkı günə ümid verəcək prezidentin lazım olduğunu deyib: “Ölkədəki xaosa son qoyulmalıdır. Gürcüstana vətəndaşların yanında olan, lakin onları ambisiyaları ilə narahat etməyəcək prezident lazımdır”.Qeyd edək ki, D. Bakrazde parlament azlığının lideridir. O, 2013-cü ildə prezident seçkilərində “Vahid Milli Hərəkat” Partiyasının namizədi olub.D. Bakradze 2008-2012-ci illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub.Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38

Çində dünyanın ən böyük beynəlxalq aeroportu açılacaq

Bu il Çində dünyanın ən böyük beynəlxalq aeroportu - Pekinin Dasin hava limanı açılacaq.Milli.az xəbər verir ki, aeroportun binasını nüfuzlu memar Zaha Hadid layihələndirib.Nəhəng kompleksdə 80-ə yaxın çıxış olsa da, terminalın özünəməxsus forması hesabına, onun mərkəzindən uçuş-eniş zolağına aparan istənilən çıxışa bir neçə dəqiqə ərzində çatmaq olacaq.Rekord ölçüdə olan aeroport Pekinin Dasin rayonunda inşa olunur. Aviaqovşaq Pekinin mərkəzindən 46 kilometr aralıda yerləşir. Aeroportun iri nəqliyyat qovşağına çevriləcəyi bildirilir. Hava limanında aviaterminaldan başqa dəmiryolu xətlərinin qovşağı da olacaq və aeroportun altında yerləşəcək.Dasində yeddi uçuş-eniş zolağı var. Gündəlik olaraq 620 min reysi qəbul edib-göndərə bilər. Aeroport təxminən 50 kvadrat kilometr sahəni tutur. Onun inşası üçün hökumət bir neçə yaşayış məntəqəsini sökmək və əhalinin başqa rayonlara köçürmək məcburiyyətində olub.Binanın dizaynında yumşaq xətlər əslən iraqlı olan Britaniya vətəndaşı Zahi Hadidin "vizit kartı" sayılır.Ötüb keçən yüksək sürətli təyyarələrin uçuşu zamanı kompleks "çiçəyinin" vibrasiya etməməsi üçün mindən çox dempferdən istifadə olunub. Təyyarələr rahatlıqla bina üzərindən 300 km/saat sürətlə uça bilərlər; terminalda olan sərnişinlər bundan heç nə hiss etməyəcək.Aeroportun nəhəng "hörümçək toru" artıq hazırdır. Pekin Dasin tamamilə baryersiz olacaq. 2022-ci ildə XIII Qış Paralimpiya Oyunlarının iştirakçılarını qarşılayacaq.xeber100.com

Yanvar 26, 2019 17:54