Həndbol üzrə Azərbaycan çempionatının ikinci turu başlayıb

8 Oktyabr 2018 12:25

Xəbər 31 dəfə oxunub

Qadınlar arasında həndbol üzrə Azərbaycan çempionatının ikinci turu başlayıb.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, turun ilk günündə Gürcüstanın “Olimpiya” komandası ilə qarşılaşan “Azərsu” həndbolçuları 34:21 hesabı ilə asan qələbə qazanıblar.Oktyabrın 13-də keçiriləcək turun digər oyunlarında “Gənclər Birliyi” komandası “Azərsu” ilə, “Azəryol” isə “Qarabağ” kollektivi ilə üz-üzə gələcək.xeber100.com

Reklam

Avropa birinciliyində finalçılar müəyyənləşib

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 3 üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.Bu barədə Azərtac-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Churova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub. O, finalda ingiltərəli Jo Makqraili sınağa çəkəcək.Çempionatda 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. Türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib. M.Allahverdiyev gərgin keçən döyüşdə qələbə qazanıb. Yığmamızın üzvü çempionluq üçün Patrik Myerslə (İrlandiya) qüvvəsini sınayacaq.Digər boksçumuz Əhməd Əhmədov (80 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağır çəkili idmançımız macarıstanlı Levent Kissə uduzub. O, yarımfinalda yarışla vidalaşdığından 3-cü yeri tutub.Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.xeber100.com

Oktyabr 16, 2018 10:07

Güləş üzrə dünya çempionatının heyəti açıqlanıb

Oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək güləş üzrə dünya çempionatında iştirak edəcək yığmalarımızın heyəti açıqlanıb.Azərtac xəbər verir ki, oktyabrın 20-23-də sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Pərviz İbrahimov (61 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Abubakr Abakarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mundialda qüvvələrini sınayacaqlar.Ayın 22-dən 25-dək xalça üzərinə qadın güləşçilər çıxacaqlar. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun məsul yarışda şans verəcəyi heyətdə Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaqlar.Oktyabrın son günlərində (25-28) isə meydan yunan-Roma güləşçilərinin ixtiyarına veriləcək. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaqlar.Qeyd edək ki, dünya çempionatında hakimlərimizdən Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyev ədaləti qoruyacaqlar.xeber100.com

Oktyabr 12, 2018 12:14