Havay adalarında təcili təxliyə elan edilib

5 May 2018 22:12

Xəbər 210 dəfə oxunub

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib.Apa-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.Məlumata görə, zəlzələdən sonra bölgədə ardıcıl 20-dək yeraltı təkan qeydə alınıb.Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.Qeyd edək ki, mayın 4-də Havay adalarında Kilaueya vulkanının puskürməsi ilə əlaqədar təcili təxliyə elan edilib.xeber100.com

Reklam