“Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaradacaq

5 Aprel 2019 13:00

Xəbər 90 dəfə oxunub

Yaponiyanın “Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaratmaq məqsədilə bu kosmik cismə növbəti enişə hazırlaşır. Məqsəd yerdən 340 milyon kilometr məsafədə yerləşən asteroidin daxili quruluşunu öyrənməkdir.Azərtac Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, “Hayabuşa-2” zondu martın 4-də yapon vaxtı ilə saat 13:00-dan başlayaraq 20 min metr yüksəklikdən asteroidə enişə başlayıb. Plana əsasən, martın 5-də saat 11:00 radələrində zond asteroidin səthindən 500 metr yüksəklikdə olarkən onun asteroidə “impaktor” adlı qurğu göndərəcəyi gözlənilir. Bundan 40 dəqiqə sonra “impaktor” süni krater yaratmaq və xüsusi metal obyekti saniyədə 2 kilometr sürətlə asteroidin daxilinə yerləşdirmək üçün partlayış törədəcək.JAXA Ryuqu asteroidindən nümunələr götürmək məqsədilə “Hayabuşa-2” zondunu bir daha asteroidə endirməyi planlaşdırır. JAXA-nın nümayəndələri bildiriblər ki, “Hayabuşa-2” zondunun fevralda asteroidə enərkən oradan süxur nümunələri götürməyə artıq nail olduğu güman edilir.xeber100.com

Yaponiya hərbi təyyarə ilə bağlı hadisəyə görə etirazını bildirib

Yaponiya Cənubi Koreyaya və Rusiyaya hərbi təyyarə ilə bağlı hadisəyə görə etirazını bildirib. Kyodo agentliyi bildirir ki, iyulun 23-də Cənubi Koreya qırıcısı Rusiya hərbi təyyarəsinə Yapon dənizində Yaponiyanın da iddia etdiyi Cənubi Koreyaya məxsus hava məkanını pozduğuna görə xəbərdarlıq atəşi açıb.Yaponiyada Takeşima, Cənubi Koreyada isə Tokto adaları adlanan bu mübahisəli adalar materikdən 200 kilometr məsafədə yerləşir. 1954-cü ildə Cənubi Koreya burada təhlükəsizlik xidmətinin əməkdaşlarını yerləşdirərək həmin adaları tam nəzarətə götürüb.Qərargah rəislərinin birləşmiş komitəsinin bildirdiyinə görə, əvvəlcə Rusiyaya məxsus təyyarə Cənubi Koreyanın hava məkanını pozub.Eyni zamanda, JCS-nin yaydığı məlumata görə, iyulun 23-də Çin hərbi təyyarələri də Cənubi Koreyanın hava-hücumundan müdafiə zonasına daxil olub.Yonhap agentliyinin Cənubi Koreya hərbi mənbələrinə istinadla yaydığı məlumata görə isə, Rusiya və Çin təyyarələrinin uçuşları iki ölkə arasında mümkün təlimlər əsasında baş verib.Yaponiya bu adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab edir. Lakin bu adalar Cənubi Koreyanın nəzarətində olduğuna görə, Yaponiya burada öz hava hücumundan müdafiə zonasını yaratmayıb.Bununla yanaşı, Yaponiya hökumətindəki mənbələr Rusiya və Çin təyyarələrinin uçuşları ilə bağlı yapon hərbi-hava qüvvələrinin öz qırıcılarını səmaya qaldırdığını da bildirir.xeber100.com

İyul 23, 2019 11:51

Ukraynada nöbədənkənar parlament seçkiləri başlayıb

Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.Azərtac  xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində üç dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq.Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər. Yerli təşkilatların apardığı sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (7,7 faiz), Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası gəlir. İlk beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,9 faiz) tamamlayır.xeber100.com  

İyul 21, 2019 16:23

Birləşmiş Millətlər Təşkilatının məlumatı əsasında…

BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Yüksəksəviyyəli Siyasət Forumunun “nazirlər seqmentinin” iclasında bildirib ki, hazırda planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur. Onun sözlərinə görə, 2050-ci ildən bəri işsizliyin artması tendensiyası zəifləsə də, maaşların artımında durğunluq hökm sürür, qadınların 30 faizi və gənc kişilərin 13 faizi təhsilsiz və işsizdir.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, A.Quterreş 2030-cu ilədək dayanıqlı inkişaf Hədəflərinə dair qəbul olunmuş proqramın uğurlu olması üçün hələ çox işlər görülməli olduğunu vurğulayıb. Baş katib qeyd edib ki, bəzi sahələrdə müəyyən inkişafa nail olunsa da, qlobal inkişaf üzrə vəziyyət o qədər də yaxşı deyil. Ölkələr arasında və onların daxilində qeyri-bərabərliyin səviyyəsi yüksək olaraq qalır.A.Quterreş gender bərabərliyi məsələsinə də toxunaraq qeyd edib ki, son dörd ildə bu sahədə dünyanın heç bir ölkəsi yetərincə tədbirlər görməyib. “Qadınlar əvvəllər olduğu kimi, indi də ayrı-seçkiliyə şərait yaradan qanunlarla üz-üzədirlər, zorakılığa məruz qalırlar, kişilərə yaradılan imkanlardan məhrumdurlar”, deyə baş katib əlavə edib.BMT-nin rəhbəri vurğulayıb ki, beynəlxalq ictimaiyyət dayanıqlı inkişaf Hədəflərinə nail olmaq üçün bu sahəyə dövlət və özəl sərmayələrin həcmini artırmalı, qeyr-bərbərliyi azaltmalı, miqrasiya prosesləri üzrə Qlobal müqavilənin şərtlərinə əməl etməli və insan hüquqlarına hörmət etməlidir. O xatırladıb ki, bütün bu mühüm məsələlər BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında müzakirə olunacaq. A.Quterreş hökumətləri bu vacib tədbirə konkret fəaliyyət proqramları ilə gəlməyə çağırıb.xeber100.com

İyul 17, 2019 14:50

Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən…

BMT-nin hesabatında qeyd olunub ki, dünyada cinayətlər nəticəsində ölənlərin sayı silahlı münaqişə zonalarında həlak olanlardan çoxdur. Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, tədqiqatlar təkcə 2017-ci ildə 464 min nəfərin qətllə nəticələnən cinayətlərin qurbanı olduğu bildirilir. Bu, silahlı münaqişələrdə həlak olanların sayından beş dəfə çoxdur.BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə Ofisinin (UNODC) hazırladığı hesabata görə, bu cinayətlərin törədildiyi ən təhlükəli region Mərkəzi Amerikadır. Burada hər 100 min nəfərə 62,1 qətl törədilib.BMT Qətl Cinayətlərinin Tədqiqi Agentliyinin 2019-cu il üçün hesabatında isə bildirilir ki, qətllərin ən az olduğu təhlükəsiz region Asiya, Avropa və Okeaniyadır. Hər 100 min nəfərə 13 qətl düşən Afrikada vəziyyət Amerikadan yaxşıdır (17 qətl). İnsanların qətlinin beşdəbiri mütəşəkkil cinayətkar qrupların payına düşür. Qeyd olunur ki, bu qrupların pozucu fəaliyyəti ölkələrdə sabitliyi pozur, sosial-iqtisadi inkişafa mane olur və qanunların aliliyini arxa plana keçirir. Bundan başqa, 41 ölkədə aparılan araşdırmalar göstərib ki, qətl törədənlərin əksəriyyəti, habelə onların qurbanlarının çoxu kişilərdir. Qətl qurbanlarının və onları törədənlərin arasında 15-29 yaş arasında olanlar üstünlük təşkil edirlər. Məsələn, Amerikada öldürülənlərin 40 faizi 18-19 yaşlı gənclərdir. Hesabatda korrupsiya, insan alveri və narkotik maddələrin qeyri-leqal dövriyyəsinin də bu cinayətlərin sayını artırdığı vurğulanır.UNODC-nın tədqiqatları göstərir ki, qətl cinayətlərinin sayı 1992-ci ildəki 400 mindən 2017-ci ildə 460 minə çatıb.xeber100.com

İyul 9, 2019 16:57