“Henley & Partners” yeni pasport indeksini təqdim edir

8 Yanvar 2019 20:37

Xəbər 54 dəfə oxunub

Yanvarın 8-də “Henley & Partners” şirkəti dünya ölkələrinə vizasız səfər üzrə son dəyişiklikləri əks etdirən yeni pasport indeksini açıqlayıb.Trend-in məlumatına görə, indeksin lideri Yaponiyadır. Bu ölkənin vətəndaşları 190 ölkəyə vizasız gedə bilərlər. Bir il əvvəl birinci yeri Almaniya (177 ölkəyə vizasız səfər) tuturdu. Hazırda Almaniya Fransa ilə 3-cü yeri (188 ölkə) bölüşür. İkinci mövqedə Cənubi Koreya və Sinqapur qərarlaşıb (189 ölkə).Böyük Britaniya və ABŞ isə indeksdə 6-cı yeri (185 ölkə) bölüşürlər. Ekspertlər bu enişi (2015-ci ildə ilk sırada idilər) hər iki ölkənin “bağlı qapılar” siyasəti ilə izah edirlər.2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları 3 ay əvvəl olduğu kimi, 66 ölkəyə vizasız səfər etmək imkanına malikdirlər. Azərbaycan bu göstərici ilə indeksdə bir pillə irəliləyərək 104 ölkə arasında 74-cü yeri tutur. Bir il əvvəl azərbaycanlılar 63 ölkəyə vizasız səfər edə bilərdilər.Üç ay ərzində Rusiya, Türkiyə və Qazaxıstanın mövqeləri dəyişməyib – müvafiq olaraq 119, 111 və 76 ölkəyə vizasız səfərlər. Gürcüstan 2 ölkə ilə vizasız rejim haqqında müqavilə imzalamaqla 51-ci yeri (114 ölkə) tutur.xeber100.com

Reklam

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət işarə görür.Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində son vəziyyətlə bağlı bəyanatında deyilir.Qeyd edilir ki, son aylarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlar, həmçinin yanvarın 16-sı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə xarici işlər nazirlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş üçün müsbət işarədir.Vurğulanır ki, Aİ onların nəticələrinin, o cümlədən xarici işlər nazirlərinin əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin vacibliyi barədə bu yaxınlarda əldə etdikləri razılaşmanın tam reallaşdırılmasını, həmçinin danışıqların aktivləşdirilməsinə yönəlmiş addımlara baxılmasını səbirsizliklə gözləyir:"Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə və təkliflərinə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi, həmçinin münaqişə ölkələrinin vətəndaş cəmiyyətində etimadın möhkəmləndirilməsi üzrə tədbirlər vasitəsilə tam dəstəyini davam etdirir. Cənubi Qafqaz regionuna öz potensialını reallaşdırmağa kömək edəcək davamlı sülhdən hamı qazanacaq".xeber100.com

Yanvar 19, 2019 20:44