Hindistan hökuməti Rusiya ilə saziş imzalamaq üçün qərar qəbul edib

27 Sentyabr 2018 14:16

Xəbər 101 dəfə oxunub

Hindistan hökuməti 5 ədəd S-400 zenit-raket kompleksinin satın alınmasına dair Rusiya ilə saziş imzalamaq üçün yekun qərar qəbul edib. Sövdələşmənin ümumi məbləği 5,43 milyard dollardır.Interfax informasiya agentliyi xəbər verir ki, müvafiq qərar sentyabrın 26-da Hindistanın Baş naziri Narendra Modinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin təhlükəsizlik komitəsinin iclasında qəbul olunub.Hindistana hava hücumundan müdafiə sistemlərinin çatdırılması barədə müqavilənin gələn həftə Dehli şəhərində yüksək səviyyəli görüş zamanı imzalanacağı gözlənilir. Hindistan KIV-lərinin məlumatına görə, S-400 “Triumf” zenit raket komplekslərinin çatdırılması barədə müqavilə Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-5-də Hindistana səfəri zamanı imzalana bilər.Hindistanın bu addımı ABŞ-ın maliyyə sanksiyaları barədə təhdidlərinə baxmayaraq atdığı qeyd olunur. Belə ki, ötən həftə ABŞ Rusiyadan analoji sistemlər alan Çinə sanksiyalar tətbiq etmişdi.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17