Hindistan-Pakistan sərhədində gərginlik davam edir

28 Fevral 2019 14:14

Xəbər 138 dəfə oxunub

Fevralın 28-də səhər saatlarında Hindistan-Pakistan sərhədindəki qoşunların təmas xəttində atışmalar olub.Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, iki ölkə arasında mübahisəli Kəşmir bölgəsində 1 saat davam edən atışmalar nəticəsində itkilər barədə məlumat verilmir. Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi Devender Anand məlumatı təsdiq edib.Pakistanın informasiya naziri Şövkət Əli Yusifzayi isə ölkənin şərq sərhədlərində ordunun “yüksək hazırlıq” vəziyyətinə gətirildiyini bəyan edib.Nüvə silahına malik olan iki ölkə arasında gərginliyin artması bütün dünya ictimaiyyətini narahat edir. Pakistanın Baş naziri İmran xan hindistanlı həmkarına müraciət edərək sülhün qorunub saxlanılması üçün dialoq təklif edib.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23