“Holden” şirkəti fəaliyyətini dayandırmağı planlaşdırır

15 Oktyabr 2017 17:02

Xəbər 117 dəfə oxunub

Avstraliyanın yeganə avtomobil istehsalçısı olan “Holden” şirkəti oktyabrın 20-dən etibarən fəaliyyətini dayandırmağı planlaşdırır.
Azərtac xəbər verir ki, bu münasibətlə təşkil edilən mərasimdə iştirakçılar ABŞ-ın nəhəng “General Motors” şirkətinin filialı olan “Holden”ə ehtiramlarını bildiriblər.Şirkətin istehsal etdiyi təqribən min avtomobil oktyabrın 15-də Avstraliyanın cənubunda yerləşən Adelaida şəhərinin küçələrini dolaşıb.“Holden” şirkəti ilk avtomobilini 1917-ci ildə istehsal edib. Avstraliya dollarının möhkəmlənməsi və işçi qüvvəsinin bahalaşması səbəbindən şirkət istehsal xətlərini dayandırmaq barədə qərar qəbul edib. Bu qərar, əslində, Avstraliyada avtomobil istehsalı sənayesinin iflası deməkdir.Ötən ilin oktyabrında ABŞ-ın digər avtomobil istehsalı şirkəti “Ford” da Avstraliyadakı istehsal xəttini bağlayıb. Oktyabrın əvvəlində isə Yaponiyanın “Toyota” şirkəti bu ölkədəki biznesini dayandırdığını elan edib.xeber100.com

Reklam

Almaniyada hüquqların qorunması ilə bağlı yeni qanun qüvvəyə minib

Əgər siz Almaniyada küçədə gedərkən sizi təhqir etsələr, bununla əlaqədar polisə müraciət edə bilərsiniz. Küçənin rəqəmsal analoqu olan sosial şəbəkədə də eyni məntiqlə hərəkət etmək olar. Lakin Almaniyada sosial şəbəkələrdə hüquqların qorunması barədə qanunu hazırlayanlar başqa prinsipi əsas götürüblər. Onlar böhtançıların, başqalarını incidənlərin, insanlar arasında ayrı-seçkilik və nifrət təbliğ edənlərin öhdəsindən gəlmək məsələsini sosial şəbəkələrin özlərinə həvalə ediblər.Azərtac xəbər verir ki, MDB ölkələrində analoji qanun layihələrinin müəllifləri birbaşa alman təcrübəsinə istinad edirlər.Yeni qaydalar qeydiyyata alınmış istifadəçilərinin sayı iki milyondan çox olan sosial şəbəkələrə şamil edilir. Hələlik AFR hökuməti həmin qanuna əməl etməli olan yeddi sosial şəbəkə seçib: Facebook, YouTube, Instagram, Twitter, Google+, Pinterest və Soundcloud. Peşəkar sosial şəbəkələr və messencerlər bu siyahıya daxil edilməyib.Qanunverici bu ilin əvvəlindən həmin şirkətlərə tapşırıb ki, “açıq-aşkar hüquqazidd” xarakterli materialları 24 saat ərzində sosial şəbəkədən silsinlər. Söhbət böhtan, hədə-qorxu, etnik ayrı-seçkiliyə və zorakılığa çağırış məzmunlu materiallardan gedir. Almaniya Ədliyyə Nazirliyinin fikrincə, bu cür materialların hüquqazidd olmasını iddia etmək üçün ciddi yoxlamalar aparılmasına ehtiyac yoxdur. Buna şübhə yarandığı hallarda məsələnin araşdırılması üçün sosial şəbəkəyə yeddi günə qədər vaxt verilə bilər.xeber100.com

Yanvar 17, 2018 12:46

“Türk Hava Yolları” aviaşirkəti 2017-ci ilin nəticələrini açıqlayıb

“Türk Hava Yolları” aviaşirkəti uğurla başa vurduğu 2017-ci ilin nəticələrini açıqlayıb. Ötən il şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 68,6 milyona çatıb.“Türk Hava Yolları” aviaşirkətindən Azərtac-a bildirilib ki, 2017-ci ildə reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1 faiz təşkil edib. Ötən ilin dekabr ayında isə aviareyslərin yüklənmə səviyyəsi şirkətin tarixində ilk dəfə olaraq rekorda çataraq 79,5 faiz olub.“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcra Komitəsinin sədri İlker Aycı ötən ilin yanvarında verdiyi proqnozda bildirmişdi ki, 2017-ci ildə əvvəlki ilə nisbətən daha yaxşı nəticələrə nail olunacaq. İllik plan hazırlanarkən Türkiyədəki vəziyyət, aviasiya və turizm sahələrinin aktual tendensiyaları əsaslı surətdə tədqiq edilib. “Əminəm ki, 2017-ci ili uğurla başa vuracağıq və “Türk Hava Yolları” bir qədər də güclü olacaq, brendin dəyərini və bazar payını artıra biləcək”, - deyə İ.Aycı bildirmişdi.2017-ci ilin yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 7,9 faiz və 9,3 faiz artıb. Daşınan sərnişinlərin ümumi sayı 68,6 milyona çatıb. Hesabat ilində reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1 faizə çatıb, beynəlxalq reyslər üzrə bu göstərici 5 faiz bəndi artıb və 78,4 faiz təşkil edib.2017-ci ilin dekabr ayının yekunlarına görə isə reyslərin yüklənmə səviyyəsi 5,1 faiz bəndi artaraq 79,7 faizə çatıb, kreslo/kilometrlərin sayı 8,9 faiz artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 5 faiz bəndi artıb və 79,2 faiz təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb. İyulda başlayan tələbatın ikirəqəmli artımı dekabrda 16,3 faizlik artım ilə davam edib.xeber100.com  

Yanvar 17, 2018 12:43

Avropa Komissiyası cərimə prosedurunu müzakirə edib

Avropa Komissiyası Polşa barəsində cərimə prosedurunu müzakirə edir. Rumıniyada on minlərlə nümayişçi hüquqi dövlət prinsiplərinin saxtalaşdırılmasına qarşı etiraz edir. İstər Budapeşt olsun, istərsə Buxarest və ya Varşava – hər üçündə ümumi cəhət ondan ibarətdir ki, bu dövlətlərin hökumətləri məhkəmə təsisatları üzərində nəzarət etməyə və hakimiyyət bölgüsü prinsipini pozmağa cəhd göstərirlər.Azərtac xəbər verir ki, Avropa Komissiyasının fikrincə, “dəmir pərdə” götürüləndən təxminən 30 il sonra Şərqi Avropa ölkələrində demokratiya prinsipləri “təhlükə qarşısındadır”.“Alman dalğası” yazır ki, Polşa, Macarıstan və Rumıniya hökumətləri tərəfindən bu ölkələrdə məhkəmə hakimiyyətinə birbaşa nəzarət etmək cəhdləri qismən uğurlu olub, lakin məhkəmə təsisatlarının müstəqilliyinin pozulması hakimiyyət bölgüsü prinsipini və dövlətdə qüvvələrin tarazlığını təhlükə altına alır.Rumıniyada hakimiyyət orqanları korrupsiya ilə bağlı işlərin təhqiqatının qarşısını almaq imkanı əldə etmək üçün prokurorluğun səlahiyyətlərini məhdudlaşdırmağa çalışırlar. Polşada məhkəmə islahatı ədliyyə nazirliyinə öz mülahizəsinə əsasən məhkəmələrin sədrlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti verilməsini nəzərdə tutur. Macarıstanda 2011-ci ildə yeni Konstitusiya qəbul ediləndən sonra Konstitusiya Məhkəməsinin səlahiyyətləri xeyli məhdudlaşdırılıb, hakimlərin və prokurorların pensiya yaşının azaldılması isə “namünasib” dövlət qulluqçularından yaxa qurtarmağa imkan verib.xeber100.com  

Yanvar 16, 2018 16:10

Vyanada etiraz mitinqi keçirilib

Avstriyada yeni hökumətin fəaliyyətinə etiraz olaraq Vyananın mərkəzində 20 mindən artıq nümayişçinin iştirakı ilə dinc etiraz aksiyası keçirilib.Azərtac xəbər verir ki, şəhərin əsas küçələri ilə hərəkət edən nümayiş Prezident Aparatı və Federal Kansler Aparatının yerləşdiyi Heldenplatz meydanında etiraz mitinqi ilə yekunlaşıb. Bir neçə siyasi qurumun birgə təşkil etdiyi etiraz yürüşündə Avstriya Xalq Partiyası (ÖVP) və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) təşkil etdiyi hökumət rassist və sağçı eksremist tendensiyalarına meyilli olmaqda tənqid olunub. “Humanist sığınacaq siyasəti”, “Sağçılara qarşı hücum”, “Radikal solçular” platformaları ilə yanaşı, aksiyaya yaşlı nəslin nümayəndələrindən ibarət “Nənələr sağçılara qarşı” kimi sosial şəbəkələr vasitəsilə formalaşmış qruplar da qatılıblar.Nümayişçilərin əsas hədəfi isə yeni hökumətdə daxili işlər naziri vəzifəsini tutan Herbert Kikl (FPÖ) olub. Qaçqın və miqrantlarla bağlı sərtləşdirilmiş qaydaların tətbiqinə tərəfdar olan H. Kiklin gələcəkdə ölkəyə gələn qaçqınları mərkəzləşdirilmiş şəkildə kamplarda saxlamaq təklifi mediada böyük səs-küyə səbəb olub. Daxili işlər nazirini tənqid edənlər onu bilərəkdən nasist əsir düşərgələri ilə assosiasiya yaradan anlayışlardan istifadə etməkdə və siyasətini də bu istiqamətdə təşkil etməkdə günahlandırıblar.xeber100.com

Yanvar 16, 2018 16:02