“Hongfeng” kompaniyası lazer silah hazırlayıb

13 Oktyabr 2017 16:17

Xəbər 173 dəfə oxunub

Çinin “Hongfeng” kompaniyası terrorçularla və ekstremist qrupların üzvləri ilə mübarizə üçün nəzərdə tutulan lazer silahı hazırlayıb. O, 200 metr məsafədəki hədəfləri effektiv məhv edə bilir.TASS informasiya agentliyi xəbər verir ki, lazer silahı ilk dəfə ölkənin mərkəzində yerləşən Hubey əyalətində xüsusi təyinatlı dəstələrin terror əleyhinə təlimlərində Çinin aerokosmik elm və sənaye korporasiyası tərəfindən nümayiş olunub.“Lazer silahı digər vasitələrlə müqayisədə düşməni yüksək sürət və dəqiqliklə məhv edir. O, səssizdir və atəş zamanı işıq saçmır”, – deyə jurnalistlərə müsahibəsində mühəndis-konstruktor Yan Açje bildirib.Onun sözlərinə görə, yeni silah atəş açdığı zaman təpmə impulsu vermədiyi üçün istifadəsi rahatdır. Lazer silahından Çin Kommunist Partiyasının oktyabrın 18-də Pekində keçiriləcək 19-cu qurultayı zamanı iştirakçıların mühafizəsində istifadə olunacağı gözlənilir.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18