İctimai Şuraya seçkilərin keçirilmə vaxtı müəyyənləşib

11 Oktyabr 2017 14:06

Xəbər 114 dəfə oxunub

Azərbaycan Respublikasının Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq İctimai Şuraya seçkilərin vaxtı dəqiqləşib.Nazirlikdən Azərtac-a bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa (22 noyabr 2013-cü il, № 816-IVQ), bu qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli, 89 nömrəli fərmanına və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Energetika Nazirliyi yanında İctimai Şura üzvlüyünə 9 nəfərin namizədliyi qeydə alınıb.xeber100.com

Reklam

2019-cu ildə Neft İxrac Edən Ölkələr Təşkilatının iclası keçiriləcək

2019-cu ildə Bakıda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iki iclası keçiriləcək.Bu barədə Azərtac-a Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki, 2019-cu ilin yanvarında Bakıda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) iclası keçiriləcək. Gələn ilin yayında isə Azərbaycan paytaxtında OPEC və qeyri-OPEC nazirlərinin 6-cı iclası baş tutacaq.Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.xeber100.com

İyun 22, 2018 15:05

“CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Azərbaycanın paytaxtı 2020-ci ildə CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatının "Global ATM Summit" ümumdünya sammitinə ev sahibliyi etmək üçün seçilib."Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Bakının namizədliyi Banqkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib."Global ATM Summit" illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitə dünyanın 100-dən çox ölkəsindən 250-dən artıq iştirakçı qatılır. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda, bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.2020-ci il üçün tədbirin əsas mövzusu gələcəkdə hava axınlarının qlobal təşkilinin strateji istiqamətini müəyyənləşdirən yenidən baxılmış "CANSO: Fit for the Future of ATM" proqramının təsdiq edilməsi olacaq.Son illərdə sammit Dublində (2014), Durbanda (2015), Vankuverdə (2016) və Kopenhagendə (2017) keçirilib. Bu il Banqkokda keçirilən sammit 2019-cu ildə Cenevrədə təşkil ediləcək.CANSO, ümumilikdə dünya hava trafikinin 85 faizini əhatə edir və gələcək təhlükəsiz hava məkanı modelinin yaradılması məqsədilə aeronaviqasiya xidmətləri provayderlərini, bütün dünyanın aviasiya hakimiyyətlərinin tənzimləyici və icra orqanlarını, həmçinin aviasiya sənayesinin aparıcı istehsalçılarını özündə birləşdirir.Bu gün CANSO-nun bütün dünyadan 164-dən çox üzvü var. Azərbaycan 2005-ci ildən təşkilatın üzvüdür."Azərbaycan Hava Yolları" QSC-nin struktur bölməsi olan "Azəraeronaviqasiya" (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan verib.xeber100.com

İyun 14, 2018 14:42