“İkarus” şirkəti “CityPioneer”in prototipini təqdim edib

10 Yanvar 2019 13:15

Xəbər 47 dəfə oxunub

Macarıstanın “İkarus” və Çinin CRRC şirkətlərinin “Urban Traffic Kft — Electrobus Europe Zrt” adlı birgə müəssisəsi tamamilə elektrikləşdirilmiş “CityPioneer” avtobusunun prototipini təqdim edib.Azərtac xəbər verir ki, “İkarus” şirkətinin sədri Qabor Seleş jurnalistlərə deyib: “Bir illik işin məhsulu olan bu prototip avtobus kuzovları istehsalı sahəsində “İkarus”un təcrübəsini və dünya səviyyəli elektrik transmissiyaları texnologiyası barədə CRRC şirkətinin təsəvvürlərini özündə birləşdirir. Artıq 2019-cu ildə “CityPioneer” modelinin seriya ilə istehsalına başlanacaq”.CRRC şirkətinin Macarıstandakı bölməsinin rəhbəri Qu İfen bildirib ki, Avropa bazarları üçün nəzərdə tutulan avtobusların istehsalı “İkarus” şirkətində yeni iş yerləri yaradılmasına və Macarıstanın milli brendinin inkişafına təkan verə bilər.Alçaq döşəməli avtobus 240 kVt güclü sinxron mühərrikdən və 313 kVt güclü akkumulyator batareyasından qidalanır. 5-6 saat ərzində enerji ilə doldurulan avtobus əlavə enerji doldurmadan 200-260 kilometr məsafəni qət edə bilər.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17