Sentyabrın 11-16-da Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək. İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək bu festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənilir.Səfirlikdən Azərtac-a bildirilib ki, festival Bakı şəhərinin iki məkanında – Heydər Əliyev Sarayı və Fəvvarələr meydanında reallaşacaq. Festival iki ölkə arasında ikitərəfli mədəni əlaqələri daha da gücləndirmək məqsədi daşıyır.Festivalın ilk günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcək. Rəqslərlə yanaşı, “Garuda Bakı” və “Sampan Bujana Sentra” rəqs klublarının rəqqasları da öz çıxışları ilə iştirakçılara xüsusi zövq bəxş edəcəklər. Tədbirin proqramına İndoneziya və Azərbaycan Pençak-silat Federasiyaları tərəfindən təşkil olunan ozünümüdafiə sənətinin incəliklərinin nümayiş etdirilməsi də daxildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…