İngiltərə Premyer Liqasının 5-ci turuna start verilib

15 Sentyabr 2018 19:56

Xəbər 135 dəfə oxunub

Sentyabrın 15-də İngiltərə Premyer Liqasının 5-ci turuna start verilib.Milli.az bildirir ki, “Uembli” stadionunda keçirilən turun açılış matçında “Tottenhem” klubu “Liverpul” komandasını qəbul edib.Oyunda ilk təhlükəli vəziyyəti qonaqlar yaradıblar. Milnerin cinah ötürməsindən sonra Sadio Mane bir toxunuşla topu qapıdan keçirsə də, yan hakimin bayrağı havaya qalxdığından oyundankənar vəziyyət qeydə alınıb. Qarşılaşmanın 5-ci dəqiqəsində yenidən “Liverpul” klubunun seneqallı hücumçusu Sadio Manenin diqqət mərkəzində olub. Londonluların qapıçısı Miçel Vorm ilə təkbətək qalan Mane fürsəti əldən verib. Matçın 20-ci dəqiqəsində Məhəmməd Salah iki mərkəz müdafiəçisini arxada qoyaraq qapıya qüvvətli zərbə vurub. Amma qapıçı yenidən inamlı oyun nümayiş etdirib. Yurqen Klopun yetirmələrinin kəskin hücumları oyunun 39-cu dəqiqəsində öz bəhrəsini verib. Belə ki, Milnerin künc ötürməsini qapıçı uzaqlaşdırsa da, Jorjinyo Vijnaldum dəqiq baş zərbəsi ilə “Liverpul” klubunu hesabda önə çıxarıb. Birinci hissə “Liverpul” klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb.Fasilədən sonra irəli atılan meydan sahiblərinin bir neçə təhlükəli vəziyyətlərinə baxmayaraq qarşılaşmanın 54-cü dəqiqəsində “mersisayd”lılar hesab arasındaki fərqi artırıblar. Sadio Manenin cinah ötürməsini Roberto Firmino asanlıqla qapıdan keçirib – 0:2. Oyunun əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə meydan sahibləri hesab arasındakı fərqi minimuma endiriblər. Bu dəfədə qol künc ötürməsindən sonra vurulub. Kristian Eriksenin cərimə meydançasına verdiyi ötürməni Filip Lamela dəqiq zərbə ilə tamamlayıb. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, görüş “Liverpul” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl beş oyunda qalib gələn “Liverpul” 15 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Tottenhem” klubu isə 9 xalla beşinci yerdədir. “Liverpul” klubu beş ildir “Uembli”də “Tottenhem” komandasını məğlub edə bilmirdi.Qeyd edək ki, komandalar bu vaxtadək İngiltərə Premyer Liqasında 150 dəfə üz-üzə gəliblər. Altmış doqquz oyunda “Liverpul”, 42 qarşılaşmada isə “Tottenhem” komandası üstün olub. Otuz doqquz oyun heç-heçə başa çatıb.xeber100.com

Reklam

UEFA Çempionlar Liqasının final mərhələsinə start veriləcək

Fevralın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, turnirin ilk oyun günündə maraq doğuran qarşılaşmalardan biri İngiltərədə keçiriləcək. “Mançester Yunayted” doğma azarkeşlər önündə Fransanın “Paris Sen-Jermen” komandası ilə üz-üzə gələcək. Hər iki komanda matça itkilərlə çıxacaq. Paris təmsilçisinin baş məşqçisi Tomas Tüxel üç əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fransa klubunun heyətində müdafiəçi Tomas Mönye, hücumçular Edinson Kavani və Neymar zədə üzündən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində isə üç müdafiəçi zədəlidir. Markos Roxo, Antonio Valensiya və Matteo Darmian bu qarşılaşmada iştirak etməyəcəklər.Günün digər matçında “Roma” doğma meydanda Portuqaliyanın “Porto” klubunu qəbul edəcək. Meydan sahiblərinin heyətində Cengiz Ünder və Dieqo Perotti bu oyunda iştirak etməyəcəklər. Qonaq komandada isə Xesus Korona cəzalı, Mussa Mareqa isə zədəli olduqlarından meydana çıxa bilməyəcəklər.Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçları martın 6-da oynanılacaq.Xatırladaq ki, turnirin səkkizdəbir final mərhələsindən etibarən oyunlarda videonəzarət (VAR) sistemindən istifadə olunacaq.xeber100.com

Fevral 12, 2019 11:29

Velosiped İdmanı Federasiyasının məlumatına görə…

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər 4 ildən bir eyni ölkədə və eyni ayda təşkil edəcək. Qərar yalnız Yay Olimpiya Oyunlarından əvvəlki ildə keçiriləcək dünya çempionatlarına şamil ediləcək və 2023-cü ildə təşkil olunacaq ilk birləşmiş dünya çempionatlarının ev sahibi Şotlandiyanın Qlazqo şəhəri olacaq.Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, ötən ilin avqustunda Qlazqoda keçirilən və yüngül atletika, üzgüçülük, gimnastika, triatlon, qolf və avarçəkmə ilə yanaşı, velosiped idmanının da təmsil olunduğu birləşmiş Avropa çempionatlarının təhlili belə bir qərarın verilməsində həlledici rol oynayıb. Belə ki, şosse, trek, BMX və MTB (dağ velosipedi) üzrə birləşmiş qitə çempionatlarına olan tamaşaçı, teleyayım və sponsor maraqları UCI rəhbərliyini dünya çempionatları ilə bağlı tarixi qərar verməyə sövq edib.Beynəlxalq Velosipedçilər İttifaqının bayrağı altında hər il 13 növ üzrə dünya çempionatı təşkil edilir ki, bunların da 4-ü (şosse, trek, BMX və MTB) Olimpiya növüdür. Bütün 13 növ üzrə birləşmiş dünya çempionatları ilə bağlı qərar Avropa çempionatlarına da şamil ediləcək. 2023-cü ildə ilk birləşmiş qitə çempionatlarını qəbul edəcək ölkə isə yaxın aylarda müəyyənləşəcək.xeber100.com

Fevral 11, 2019 17:16