İngiltərə Premyer Liqasının növbəti turuna yekun vurulub

5 Fevral 2019 12:24

Xəbər 40 dəfə oxunub

Fevralın 4-də İngiltərə Premyer Liqasının 25-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun yekun oyununda çempionatın lideri “Liverpul” səfərdə “Vest Ham” klubunun qonağı olub. Mersessayd təmsilçisi Sadio Manenin 22-ci dəqiqədə vurduğu qolla öndə olsalar da, meydan sahibləri altı dəqiqədən sonra hesabı bərabərləşdiriblər – 1:1. “Vest Ham” klubunun heyətində Mixael Antonio fərqlənib. Beləliklə, “Liverpul” çətin səfər matçında xal itkisi ilə üzləşib. Yurqen Klopun yetirmələri son 5 oyunda “Vest Ham” klubuna qalib gələ bilmir.”Liverpul” növbəti turda doğma azarkeşlər önündə “Bornmut”la, “Vest Ham” isə “Kristal Palas” ilə qarşılaşacaq.Qeyd edək ki, turnir cədvəlində 62 xalla “Liverpul” klubu başçılıq edir, “Mançester Siti” 59 xalla ikinci, 57 xalı olan “Tottenhem” üçüncü, “Çelsi” isə 50 xalla dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Mançester Yunayted” (48), “Arsenal” (47), “Volverhemton” (38), “Vatfort” (34), “Everton” (33) və “Bornmut” (33) yer alıblar.Xatırladaq ki, turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Mançester Siti”-“Arsenal” – 3:1;

“Lester Siti”-“Mançester Yunayted” – 0:1;

“Çelsi”-“Haddersfild” – 5:0;

“Brayton”-“Uotford” – 0:0

“Börnli” – “Sauthempton” – 1:1

“Kristal Pelas” – “Fulhem” – 2:0

“Everton” – “Vulverhempton” – 1:3

“Kardiff Siti” – “Bornmut” – 2:0.xeber100.com

Reklam

Futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində

Fevralın 17-də futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qalatasaray” komandası səfərdə “Kasımpaşa” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, meydan sahibləri matçın 14-cü dəqiqəsində misirli yarımmüdafiəçi Mahmud Trezegenin cərimə zərbəsindən vurduğu qolla hesabı açıblar - 1:0. Lakin ev sahiblərinin qol sevinci cəmi 8 dəqiqə çəkib. “Qalatasaray” görüşün 22-ci dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Səlcuq İnanın məhsuldar ötürməsini Younes Belhanda qolla tamamlayıb - 1:1. Oyunun 28-ci dəqiqəsində Sofiane Fequli “Qalatasaray”ı hesabda irəli çıxarıb - 2:1. Birinci hissə bu hesabla başa çatıb. Matçın 53-cü dəqiqəsində S.Fequli özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:1. On beş dəqiqə sonra əlcəzairli futbolçu het-trik edib – 4:1.Fatih Terimin yetirmələri bu qələbədən sonra xallarının sayını 42-yə çatdıraraq lider “Başakşəhər” ilə xal fərqini üçə endiriblər.Gərgin anlar və çoxsaylı qayda pozuntuları ilə yadda qalan qarşılaşmada baş hakim Ali Palabıyık futbolçulara 8 sarı vərəqə göstərib.Turun bu gün keçirilmiş digər oyunlarında “Ərzurumspor” klubu “Sivasspor”u (4:2), “Kayserispor” komandası “Göztəpə”ni (2:1) məğlub edib. Digər oyunda isə altıncı pillədəki “Trabzonspor” doğma meydanda gözlənilmədən “Alanyaspor”a məğlub olub – 0:1.Hazırda “Başakşəhər” 45 xalla çempionatda vahid liderliyini davam etdirir. “Qalatasaray” 42 xalla ikinci, “Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıb.Tura fevralın 18-də keçiriləcək “Antalyaspor” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.xeber100.com

Fevral 18, 2019 12:48