İordaniya parlamenti vergi haqqında qanun qəbul edib

19 Noyabr 2018 12:47

Xəbər 164 dəfə oxunub

İordaniyanın Nümayəndələr palatası (aşağı palata) dəyişikliklər edilmiş gəlir vergisi haqqında qanun layihəsini təsdiq edib. Qanun layihəsinin ilkin variantı krallığında ciddi narazılığa və kütləvi etirazlara səbəb olmuşdu.Azərtac yerli mətbuata istinadla xəbər verir ki, İordaniya parlamenti, həmçinin vergi deklarasiyasını təqdim etməyi gecikdirən şəxslərin cərimələnməsi barədə də qərar qəbul edib. Belə ki, vergi deklarasiyasını gecikdirən fiziki şəxslər 100 dinar ( 140 dollara yaxın), hüquqi şəxslər isə 300 dinar ( 430 dollara yaxın) cərimələnəcəklər.Qeyd etmək lazımdır ki, iyunun əvvəlində ölkənin vergi siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçiriləndən sonra krallığın baş naziri Xani əl-Mulki başda olmaqla hökumət istefa verib. Bundan sonra İordaniya kralı II Abdulla yeni hökumətin formalaşdırılması haqqında fərman imzalayıb və yeni təyin olunmuş baş nazir Ömər ər-Rəzzaz gəlir vergisi barədə qanun layihəsinin yenidən işlənilməsi üçün geri çağırıb.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23