İran dövləti raketlə kosmosa iki süni peyk göndərəcək

10 Yanvar 2019 13:06

Xəbər 50 dəfə oxunub

İran dövləti gələn həftə öz hərbi sənayesinin istehsalı olan raketlə kosmosa iki süni peyk göndərəcək.Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkənin keçmiş dövlət başçısı Əli Əkbər Haşimi Rəfsancaninin vəfatının ikinci ildönümünə həsr olunmuş tədbirdə bildirib.O qeyd edib ki, bu gün İran müdafiə sahəsində ən son nailiyyətlərə malik silah istehsalı ilə məşğuldur. İran Prezidentin sözlərinə görə, hərbi sənayenin inkişafının əsası mərhum ölkə başçısı Rəfsancaninin hakimiyyəti illərində qoyulub. İran bu sahədə artıq çox irəliləyib.xzeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17