İran və Rusiya əməkdaşlıq edə bilər

8 Sentyabr 2018 21:43

Xəbər 141 dəfə oxunub

İranın ali dini lideri ayətullah Əli Xamenei cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşünün yekununda bildirib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər.Milli.az bildirir ki, onun sözlərini “Fars” agentliyi sitat gətirib.”Hər iki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın qarşısının alınmasıdır. Çünki Amerika bəşəriyyət üçün təhlükə törədir və bu [əməkdaşlıq] – onun qarşısının alınması üçün düşən imkanlardan biridir”, – deyə Xamenei bildirib.V.Putin və Ə.Xamenei arasında görüş İran dini liderinin Tehrandakı iqamətgahında baş tutub. Xamenei bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.xeber100.com

Reklam