İrlandiyanın vergi idarəsinin açıqlamasında

6 Oktyabr 2017 15:42

Xəbər 195 dəfə oxunub

İrlandiyanın vergi idarəsinin açıqlamasına görə, son illərdə ölkə iqtisadiyyatının sürətlə bərpa olunması milyonerlərin də sayının artımına səbəb olub. Bundan əlavə, varlıların gəlirləri son iki il ərzində təxminən iki dəfə yarım çoxalıb.Azərtac vergilər.az saytına istinadla bildirir ki, əslində, ölkədə milyonerlərin sayı göstərilən rəqəmdən artıq da ola bilərdi. Vergi idarəsi birlikdə vergi bəyannaməsi təqdim edən ər-arvadı vahid vergiödəyicisi hesab etdiyinə görə, milyonerlərin sayı az göstərilir.Nəzərə çatdırılıb ki, 850 milyonerin illik gəliri ümumilikdə 2,8 milyard avro, yəni adambaşına 3,4 milyon avro təşkil edir. Müqayisə üçün 2013-cü ildə İrlandiyada 616 rəsmi milyoner qeydə alınıb və onların illik gəlirinin ümumi məbləği 1,2 milyard avro təşkil edirdi.Son illər İrlandiya iqtisadiyyatın artımı və vətəndaşların rifah halının yaxşılaşdırılması üzrə böyük irəliləyişlər nümayiş etdirir. Mütəxəssislər bunun səbəbini rasional vergi siyasətinin həyata keçirilməsində görürlər. Bu siyasət kiçik və orta biznesi İrlandiyaya cəlb edir.“Intelligent Solution Group” beynəlxalq konsaltinq şirkətinin məlumatına əsasən, İrlandiya MDB-yə daxil olan ölkələrin vətəndaşları arasında qeyri-rezident şirkətlərin açılmasına görə ikinci yeri tutur.xeber100.com

Reklam

Neft İxrac Edən Ölkələr Təşkilatına üzv ölkələrin gəlirləri açıqlanıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ötən ildən Rusiya və digər hasilatçı ölkələrlə həyata keçirdiyi birgə tədbirlər nəticəsində dünya bazarlarında “qara qızıl”ın qiymətinin qalxmasından təşkilata üzv ölkələrin əldə etdiyi gəlirlər açıqlanıb.“worldoil.com” saytı xəbər verir ki, ümumilikdə OPEC ölkələrinin 2017-ci ildə əldə etdiyi gəlirlər 28 faiz artaraq 578 milyard dollar təşkil edib. Təşkilatın 14 üzvünün birgə qərarı ilə hasilatın azaldılması nəticəsində ən çox gəlir əldə edən ölkə Liviya olub. Belə ki, ötən il bu ölkənin xam neft satışından qazancı 61 faiz artıb. Lakin gəlirlərin artması uzun illərdir silahlı münaqişə nəticəsində neft sənayesində böhran yaşayan Liviyaya edilən güzəştlərin sayəsində olub. Ölkənin neft şirkəti bu vəsaiti dağılmış neft infrastrukturunun bərpasına və hasilatın iki dəfə artırılmasına sərf edəcək.Yüksək neft qiymətlərindən ən çox qazanan ikinci OPEC ölkəsi isə Qətərdir. Bu ölkənin Körfəz hasilatçıları ilə siyasi münaqişəsi gəlirlərin 55 faiz artmasına əngəl olmayıb. Birləşmiş Ərəb Əmirlikləri bu siyahıda üçüncü, hasilatı ən çox azaldan Səudiyyə Ərəbistanı isə dördüncü yerdədir.Gəlirlərin qeyri-bərabər bölünməsinə baxmayaraq, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ölkələr büdcə kəsirlərinin azaldığını bildiriblər.xeber100.com

İyun 11, 2018 15:17

Avstriya hökuməti yeni qərar qəbul edib

Avstriya hökuməti ölkədə fəaliyyət göstərən yeddi məscidin bağlanması barədə qərar qəbul edib.Azərtac xəbər verir ki, bu barədə xəbəri iyunun 8-də Federal Kansler Aparatında keçirilən mətbuat konfransında ölkənin kansleri Sebastian Kurts və vitse-kansler, daxili işlər naziri Haynts-Kristian Ştraxe təsdiqləyiblər.Bildirilib ki, Avstriya İslam Etiqad İcmaları üstqurumuna daxil olan Avstriya Ərəb Etiqad İcması ləğv edilib, icmanın bir neçə imamı ölkəni tərk etməli olacaqlar. İcmaya daxil olan altı məscid, eləcə də Vyanada fəaliyyət göstərən daha bir məscid radikal ekstremist düşüncə tərzini yaymaqda ittiham olunur.Avstriya Federal Kansler Aparatında dini məsələlər üzrə məsul nazir Qernot Blümel açıqlamasında bildirib ki, Avstriya İslam Etiqad İcmaları tərəfindən leqal sayılmayan bu icmanın ləğv edilməsi ölkədəki mövcud İslam Qanununun tələbləri əsasında baş tutub.Avstriya İslam Etiqad İcmaları tərəfindən məsələyə rəsmi açıqlama verilməyib və iyunun 9-da təşkilatın Ali Şurasının iclasında məscidlərin bağlanması məsələsinə baxılacağı gözlənilir.Bəzi müstəqil ekspertlər isə məscidlərin bağlanmasının məhz Ramazan ayında və Türkiyədə parlament seçkiləri ərəfəsində baş verməsini hökumət tərəfindən atılmış populist addım kimi dəyərləndiriblər. Avstriya Yaşıllar Partiyasının Avropa Parlamentində nümayəndə heyətinin həmsədri Mişel Reymon isə bildirib ki, Avstriyanın federal kansleri Sebastian Kurtsa öz anti-İslam kampaniyası üçün güclü türk prezidenti düşmən obrazı kimi çox lazımlıdır və buna görə də hökumət bu addımı düşünülmüş şəkildə indiki vaxta təyin edib.xeber100.com

İyun 8, 2018 16:22

Fransa Kvebekdə keçiriləcək G7 sammitində

ABŞ-la fikir ayrılıqları öz həllini tapmayana qədər Fransa iyunun 8-9-da Kvebekdə keçiriləcək G7 sammitində qrup ölkələrinin birgə bəyannaməsini imzalamayacaq.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Bloomberg agentliyinə Fransa Prezidenti Emmanuel Makron administrasiyasının adının çəkilməsini istəməyən nümayəndəsi bildirib. Onun verdiyi məlumata görə, Fransa Prezidentinin birgə bəyannaməni imzalaması üçün İranla nüvə sazişi, ABŞ-ın Avropa İttifaqından, Kanadadan və Meksikadan alüminium və polad ixracına tətbiq etdiyi gömrük rüsumları, həmçinin iqlim üzrə Paris sazişi kimi əsas məsələlərdə razılıq əldə olunmalıdır.Makronun fikrincə, “Yeddilər” qrupunun digər ölkələri – Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, İtaliya və Kanada ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qərarına qarşı birlikdə çıxış etməlidir.Qeyd edək ki, Fransa Prezidenti G7 sammitindən iki gün öncə Kvebekə gələrək Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb. Fransa və Kanada liderləri əsas beynəlxalq problemlərin həllində “çoxtərəfli yanaşmadan” istifadə olunmasının vacibliyini vurğulayıblar. Trüdo, həmçinin Vaşinqtonun Avropa, Kanada və digər xarici tərəfdaşlarına qarşı başladığı ticarət qarşıdurması səbəbindən qarşıdakı sammitdə Trampla “çətin müzakirələrin” gözləndiyini deyib.xeber100.com

İyun 7, 2018 16:05