İspaniya hökuməti icbari sığortanı tətbiq etməyi planlaşdırır

31 Oktyabr 2018 15:25

Xəbər 80 dəfə oxunub

İspaniyanın daxili işlər naziri Fernando Qrande Marlaska velosiped sahibləri üçün icbari sığortanın tətbiq olunması təklifini irəli sürüb. Nazirin fikrincə, onlar nəinki yol-nəqliyyat hadisələrinin qurbanına çevrilirlər, həm də özləri yollarda qəza vəziyyətləri törədirlər.Azərtac xəbər verir ki, bu yeniliklər təkcə adi velosipedlərə deyil, yeni nəqliyyat vasitələrinə, məsələn, yerli sakinlərin və turistlərin şəhər küçələrində hərəkət etdikləri elektrik velosipedlərinə də şamil edilə bilər.Əgər bu layihə həyata keçirilsə, sığorta bazarına milyonlarla yeni müştəri axışacaq. Artıq bəzi sığorta şirkətləri hadisələri qabaqlamaq qərarına gəliblər. Onlar velosipedçilərə ildə 37 avrodan başlayan qiymətlərlə sığortalar təklif edirlər.xeber100.com

Reklam