İspaniya La Liqasının 17-ci turunun oyunu keçirilib

4 Yanvar 2019 11:27

Xəbər 44 dəfə oxunub

Yanvarın 4-də İspaniya La Liqasının 17-ci turunun təxirə salınmış oyunu keçirilib.Azərtac xəbər verir ki, “Villyareal” doğma meydanda “Real Madrid” komandasını qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin heyətində hər iki qolu Santi Kazorla (4, 82) vurub, “kral” klubunun heyətində isə Kərim Benzema (7) və Rafael Varan (20) fərqləniblər. Bu heç-heçədən sonra “Real Madrid” turnir cədvəlində 30 xalla dördüncü, “Villyareal” isə 16 xalla 17-ci yerdə qərarlaşıb.xeber100.com

Reklam