İspaniya La Liqasının 37-ci turu çərçivəsində

14 May 2018 14:47

Xəbər 20 dəfə oxunub

İspaniya La Liqasının 37-ci turu çərçivəsində növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Estadio Valensiya” stadionunda qeydə alınıb. “Levante” “Barselona” klubunu 5:4 hesabı ilə məğlub edib. Hesabı meydan sahibləri 9-cu dəqiqədə açıblar. Boatenq fərqlənib- 1:0. Qarşılaşmanın 30-cu dəqiqəsində Boatenq dublun rəsimləşdirib -2:0. Birinci hissəyə yeddi dəqiqə qalmış qonaqlar hesabı minimuma endirə biliblər. Filip Koutinyo adını tabloya yazdırıb -2:1. Birinci hissə elə bu hesabla başa çatıb.Fasilədən dərhal sonra 46-cı dəqiqədə katalonyalıları əks hücümda yaxalayan meydan sahibləri hesab arasındakı fərqi üç topa çatdırıb. Enis Barthi fərqlənib – 3:1. Qoldan üç dəqiqə sonra Boatenq özünün üçüncü komandasının dördüncü qolun vurub – 4:1. Matçın 56-cı dəqiqəsində Enis Barthidə dublun rəsimləşdirib- 5:1. Qalan dəqiqələrdə “Barselona” klubu üç qol vursada məğlubiyyətdən qaça bilməyib. Qolları F.Koutinyon (2), Luis Suarez vurub- 5:4. Beləliklə 36 oyunu meydandan qələbə ilə ayrılan “Barselona” səfərdə “Levante”ya 5:4 hesabı ilə məğlub olub.”Real Madrid” isə doğma meydanda “Selta Viqo” komandasının qapısından altı cavabsız top keçirib. Oyunda 13-cü və 30-cu dəqiqəsində Qaret Bayl, İsko (32), Əşrəf Həkimi (52), S.Qomez (74-avtoqol) və Toni Kros (81) fərqləniblər.”Atletiko” isə səfərdə “Xetafe” klubuna minimal hesabla qalib gəlib. Oyunda yeganə qolun müəllifi Koke olub.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Real Sosyedad” – “Leganes” – 3:2

“Alaves” – “Atletik Bilbao” – 3:1

“Deportivo” – “Villyareal” – 2:4

“Eybar” – “Las Palmas” – 1:0

“Girona” – “Valensiya” – 0:1

“Real Betis” – “Sevilya” – 2:2

“Espanyol” – “Malaqa” – 4:1.

Beləliklə 37 turdan sonra İspaniya La Liqasının turnir cədvəlinə çempionluğunu vaxtından əvvəl təmin edən “Barselona” 90 xalla başçılıq edir. “Atletiko Madrid” 78 xalla ikinci, “Real Madrid” 75 xalla üçüncü, “Valensiya” isə 70 xalla dördüncü sırada qərarlaşıblar.Qeyd edək ki, İspaniya çempionatının son turu mayın 19-da və 20-də keçiriləcək.xeber100.com

Reklam

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir.Azərtac xəbər verir ki, proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcəklər. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək mümkün olacaq.xeber100.com

May 21, 2018 12:53